“Çiçəklənsin doğma Vətən!” adlı tədbir-sərgi
Tarix: 14.10.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Oktyabrın 16-da saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Respublikası Milli Müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş “Çiçəklənsin doğma Vətən!” adlı tədbir-sərgi təşkil olunacaq.
1991-ci il oktyabr ayının 18-də AR Ali Sovetinin sessiyasında “Azərbaycan Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub. 1994-cü ilin 15 oktyabr tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr tarixi Milli Müstəqilliyi Günü kimi qeyd edilir. Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə tanınmış fotoqraf Tahir Cəfərovun müstəqil Azərbaycanın əks etdirən 30-dan çox fotoşəkilləri nümayiş olunacaq.
Tahir Cəfərov 1948-ci ildə fevralın 15-də Bakıda anadan olub. 50 ildən çox fotoqraf sənəti ilə məşquldur, vaxtilə “Bakı”, “Azərbaycan gəncləri”, “Vışka” qəzetlərində, eyni zamanda Moskva qəzet və jurnallarında “Zdorovye”, “Sovetskiy ekran”, “Sovetskoye foto”, “Noviy film” və başqa mətbu orqanlarında öz fotoları ilə çıxış edib. 1990-cı ilin 20 yanvarında Bakıda komendant saatı elan olunan zaman Tahir Cəfərov fotokamerası ilə keçələrdə çəkilişlər aparıb, 20 Yanvar faciəsinə həsr olunmuş 200-dən çox şəkli çəkib. Onların bir hissəsini Azərbaycan İstiqlal Muzeyinə təhvil verib.
Tədbirdə BDU-nun Tarix fakültəsi «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İskəndərov çıxış edəcək və Təhsil Nazirliyinin Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri kompozisiya nümayiş etdirəcəklər.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info