Tehranda Habil Əliyevin xatirəsi anılıb
Tarix: 15.10.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Tehranda İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin və “Niyavaran” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Seyidabbas Səccadi belə bir tədbirin keçirilmə təşəbbüsünün İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirinin müavini Əli Muradxanidən gəldiyini və rəhbərlik etdiyi mərkəz tərəfindən məmnunluqla dəstəkləndiyini söyləyib.
S.Səccadi Habil Əliyevin İranda da tanınan və sevilən sənətçi olduğunu, onun İranın müxtəlif konsert salonlarında, o cümlədən Tehranın “Vəhdət”, “Rudəki” zallarında proqramlarla çıxış etdiyini və tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılandığını xatırladıb. Sonra Mədəniyyət və İslami İrşad Nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxani çıxış edərək Habil Əliyevin İrana səfərləri zamanı onunla bağlı xatirələrini bölüşüb. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Habil Əliyevin təkcə Azərbaycan deyil, həm də İran və ümumiyyətlə bütün dünya miqyaslı dahi sənətkar olduğunu vurğulayıb. H.Əliyevin sənətinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran səfir bundan sonra da onun ölməz sənətinin yaşayacağına ümidini ifadə edib. Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları - Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə iştirak edən Habil Əliyevin nəvəsi Əli Əmirəliyev çıxış edərək təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib. Daha sonra H.Əliyevin nəvəsinə və H.Əliyevlə İranda bir səhnəni paylaşmış sənətçi, muğam ifaçısı Şəcərianın nəvəsinə Mədəniyyət və İslami İrşad Nazirliyi və “Niyavaran” Mədəniyyət Mərkəzi adından xatirə hədiyyələri təqdim olunub. Tədbirdə İranlı şairlər Xosrov Sərtipi, Əli Savalan Habil Əliyevə həsr etdikləri şerlərini oxuyublar. Sonda İranın tanınmış sənətkarı Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı kamança ifaçılarının müşayiəti ilə səsləndirdiyi “Rast” muğamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info