Musiqini elektron şəkildə təbliğ edən layihə
Tarix: 15.10.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) opera studiyasında dahi bəstəkarın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş "Azərbaycan ənənəvi musiqisinin multimedia elektron bazası”nın təqdimat mərasimi keçirilib.
Layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov elektron bazanı təqdim edərək onun haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi ilə həyata keçirilib. Formalaşdırılmış açıq sistem olan elektron baza 1250 səhifədən ibarətdir. Bu səhifələrə 350 foto, 257 saat audio, 425 saat video, not kolleksiyaları və s. daxildir. Layihə rəhbəri diqqətə çatdırıb ki, bu canlı bir sistemdir və gündən-günə bu informasiyalar genişlənir. T.Məmmədov elektron bazada olan bölmələr haqqında məlumat verərək bildirib ki, burada Azərbaycan musiqi xəzinəsi yüksək səviyyədə təqdim olunur. Təqdimatdan sonra çıxış edən BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli musiqiçilər, mütəxəssislər, tələbələr, musiqi məktəbləri üçün layihənin vacibliyini qeyd edib. Bildirib ki, bu, Azərbaycan musiqisini elektron şəkildə təbliğ edən böyük bir layihədir. EİF-in icraçı direktoru Elçin Babayev bu cür layihələri dəstəkləyəcəklərini deyib. Layihənin fondun elan etdiyi informasiya kommunikasiya texnologiyasına həsr olunmuş qrant müsabiqəsinin qalibi olduğunu diqqətə çatdıraraq bildirib ki, bu musiqi xəzinəsini qoruyub saxlamağın ən gözəl və müasir yollarından biridir. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günel Əfəndiyeva dünyada baş verən hadisələrin birbaşa mədəniyyətə mənfi təsir etdiyini söyləyərək qeyd edib ki, insanlar tərəfindən neçə əsrlərlə bundan əvvəl yaradılan mədəni abidələr dağıdılır, məhv olur. Qeyri-maddi mədəni irs nümunələrimiz isə ya unudulur, ya da başqa xalqlar tərəfindən mənimsənilir. Belə layihələrin həyata keçirilməsi çox böyük müsbət təsir göstərir və vacib əhəmiyyət kəsb edir. Bazada olan materiallar xarici dillərə tərcümə olunarsa digər xalqların nümayəndələri də Azərbaycan musiqisi haqqında geniş məlumatlar əldə edə bilər. Digər çıxış edənlər də belə bir geniş əhatəli elektron bazanın yaradılmasını yüksək qiymətləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info