“Oyuq” studiyasının bayram konserti
Tarix: 15.10.2015 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.
UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-ə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı nəzərdə tutulur.
Uşaqlara vətənpərvərlik, dürüstlük, dünyaya məhəbbət, sülhə çağırış aşılayan tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunacaq.
Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.
Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.






 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info