Koreyada “Azərbaycan filmləri festivalı”
Tarix: 17.10.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya Respublikasında növbəti layihəyə imza atıb.
Belə ki, SEBA Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan filmləri festivalı” başlayıb. “Mirospase” kinoteatrında keçirilən festivalın açılış mərasimdə Koreya Fondunun vitse-prezidenti Kim Kvanq Keun çıxış edərək Azərbaycandan gələn qonaqlara xüsusi təşəkkürünü bildirib. SEBA Assosiasiyası ilə sıx mədəni əməkdaşlıq münasibətlərindən danışan vitse-prezident Azərbaycanda böyük uğurla keçirilmiş “Koreya filmləri festivalı”nın əhəmiyyətini qeyd edib. Bildirib ki, festival çərçivəsində, ümumilikdə Azərbaycanda 14 Koreya filmi nümayiş olunub. Bu isə minlərlə tamaşaçıya Koreya kinematoqrafiyasının dəyərli ekran əsərləri ilə yanaşı, xalqımızın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti ilə də tanışlıq imkanı qazandırıb. Sonra SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın “Azərbaycan filmləri festivalı”nın açılış mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu iştirakçılara assosiasiyanın sədr müavini İrina Zeynalova çatdırıb. Məktubda SEBA Assosiasiyasının iki ölkə arasındakı mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi layihələrdən söz açılıb. Bildirilib ki, əsas məqsədi gündən-günə inkişaf edən Azərbaycan-Koreya mədəni əlaqələrinə sanballı töhfə verməkdən ibarət olan SEBA-nın həyata keçirdiyi bu layihə də mədəni istiqamətdəki münasibətlərin tarixində yeni mərhələ olacaq. Açılış mərasimində tanınmış aktyor, Azərbaycanın Xalq artisti Rasim Balayev çıxış edərək festivalın təşkilini yüksək qiymətləndirib, gələcəkdə iki ölkə kinorejissorlarinin birgə filmi çəkmək arzusunu dilə gətirib. Sonra tədbirdə rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib. Ümumilikdə, “Azərbaycan filmləri festivalı”nda “Buta” da daxil olmaqla 6 ekran əsəri: Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan “Arşın mal alan” (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), “Axınla aşağı” (rejissor Asif Rüstəmov), “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), “Aktrisa” (rejissor Rövşən İsax) və “Girov” (rejissor Eldar Quliyev) koreyalı sənətsevərlərə təqdim olunacaq. Qeyd edək ki, festivalın ilk günündə qonaqlara kinorejissor Ayaz Salayevin məşhur “Yarasa” filminin diskləri paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info