Gənc gimnastlarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər
Tarix: 20.10.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər
Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq gimnastika turnirində “Ocaq” idman klubunun gənc üzvləri debüt ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış edən qrup hərəkətləri komandası 15 kollektiv arasında qalib olub. Fərdi proqramda mübarizə aparan aşağı yaş qrupuna aid gimnastlarımız da uğurla çıxış edərək medalların sayını artırıblar. Komandamıza ikinci və üçüncü qızıl medalı qazandıran Nərmin Bayramova çoxnövçülükdə və topla hərəkətlərdə hamıdan üstün olub. Digər gimnastımız Kamilla Əliyeva alətsiz çıxışda gümüş medala layiq görülüb. Komandanın ən gənc üzvü Alina Məmmədova isə çoxnövçülükdə doqquzuncu yerlə kifayətlənib. Sonra fərdi idmançılar arasında daha böyük yaş kateqoriyasına aid olan yeniyetmə gimnastlar mübarizəyə qoşulublar. Həm fərdi, həm də qrup komandasının tərkibində uğurla çıxış edən Narın Qurbanova halqa ilə hərəkətlərdə birinci yeri tutub. Alətsiz çıxışlarda isə Fəridə Şəfiyarzadə bürünc medala sahib olub. Gənclər kateqoriyasında mübarizə aparan Zöhrə Ağamirova ip və halqa ilə hərəkətlərə görə iki gümüş medal əldə edib. Onunla eyni yaşda olan Ayna Cəfərova isə topla çıxışlarda altıncı nəticə göstərib. Bundan başqa, “Ocaq” klubunun təmsilçiləri “Ən yüksək artistlik bacarığı” nominasiyasında mükafata layiq görülüblər. Bu mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
10.05.2018
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
02.05.2018
Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
12.04.2018
Hacı Cavad məscidinin açılışı
16.02.2018
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib
15.02.2018
Tələbə Gənclər Təşkilatları İttifaqı yeni layihəyə start verib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9310

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info