Əylislinin “yuxusu” niyə “daş” olub?
Tarix: 09.02.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

Son günlərin ən aktiv müzakirə olunan məsələsi Əkrəm Əylislinin “Daş yuxular” romanıdır. Birinin roman, digərinin əsər dediyi “Daş yuxusu” əslində elə Əylislinin çin olan yuxusudur. Amma illərdir, içində saxladığı, gizlətdiyi “sevgi”nin” “yuxuya” çevrilmiş formasıdır.
İllərdir, Xalq yazıçısı kimi fəxri adın, dövlətin ali orden və medallarının arxasında gizləndiyi üçün ürəyindəki erməni sevgisini üzə çıxarmağa ehtiyat edib. Amma bu sevgi o qədər böyükdür ki, sonda hər şeyə rəğmən üzə çıxdı. Özü də “yuxu” formasında. Əkrəm Əylislinin “Daş yuxular”la bağlı özünü sudan quru çıxartmağa çalışması o qədər süni görünür ki, hər dediyi sözlə, ifadələrlə bir qədər də özünün ifşa edir. Əylisli kosmopolit düşüncə tərzinə malik bir insan deyil, ən azı indiyə qədər bunu göstərəcək heç bir fikrini görməmişik. Digər tərəfdən, bu “yuxu”nu gələcəyə hesablanmış addım və ya “Dağlıq Qarabağda yaşayan ermənilərdə özümüzə qarşı sevgi yaratmaq üçün” yazıldığını iddia etmək də çox gülüncdür. Çünki bunun yolu Azərbaycan xalqını alçaltmaq, azərbaycanlıdan vəhşi, qaniçən obrazı yaratmaq deyil. Ermənini məzlum, döyülən, söyülən, əzilən obrazda təqdim etmək üçün Xocalı acısını hiss etməmək lazımdır. Ancaq dinc sakinlərin, uşaqların, qocaların vəhşicəsinə qətlə yetirilməsinin acısını yaşamayan kəs Əylisli kimi düşünə, sonra isə onu “yuxu” adıyla cəmiyyətə sırımağa çalışa bilər. İndiyə qədər Qarabağ acısı, qaçqınlarımızla bağlı bir dəfə də olsun, qələmini işə salmayan Əylislinin birdən-birə ermənilərin sevgisini qazanmağa çalışması təsadüfdürmü? Vallah axtarsan, onun bir ucu gedib elə ermənilərə çıxacaq. Nə qədər düşünsən də, bu əsərə iynənin ucu qədər olsa belə, haqq qazandırmaq, “yazıçıdır da, bədii əsər yazıb” qəbildən bir əsas tapa bilmirsən. Mütəxəssislərin də qeyd etdiyi kimi bədii cəhətdən həddindən artıq zəif olan bu “əsər”in yaranmasının ancaq bir səbəbi var-erməni sevgisi. Heç bir azərbaycanlı hekayə, məqalə yazsa belə, orada həmişə erməni zülmündən əzab çəkən azərbaycanlını vəhşi, qatil, qaniçən kimi, ermənini isə əzabkeş kimi təqdim etməz. Bunun üçün ən azı erməni və ya Əkrəm Əylisli olmaq lazımdır. Bu adamın Azərbaycana nifrəti, Ermənistana sevgisi o qədər böyükdür ki, Qarabağın, Naxçıvanın əzəli-əbədi Azərbaycan torpağı olmasını belə dilə gətirmək istəmir. Bu artıq Əkrəm Əylisli şəxsiyyətinin deformasiyaya uğramasıdır. Torpaqlarımızın 20 faizini işğal edən, yüz minlərlə soydaşımızı doğma torpağından qovan, qətlə yetirən ermənilərin guya azərbaycanlılar tərəfindən qətlə yetirildiyini iddia etmək “Daşnaksütyun” partiyasının ideoloji prinsipləri ilə üst-üstə düşür. Əkrəm Əylisli bu “əsərini” ərsəyə gətirərkən hər şeyi düşünüb, hesablayıb. Nə qədər təkzib etsə də, “əsər” bədii yox, siyasi məqsədlidir. Rusiyada çap olunan əsərlə, antiazərbaycan təbliğatını bir qədər geniş müstəviyə keçirməyə çalışaraq erməni dostlarına mesaj verir. Deyir ki, bu qədər dözdüm, artıq yetər, sizin səsiniz olmaq, səsinizə səs vermək istəyirəm. Olsun, ol erməninin səsi. Amma bil ki, Azərbaycan xalqının gözündə sənin yerin zori balayanlardan da aşağıdır. Sən Azərbaycan xalqının yazıçısı adını daşımağa layiq olmadığın kimi, bu ölkənin vətəndaşı olmağa da layiq deyilsən.
P.S.Təxminən iki həftədən sonra Azərbaycan xalqı Əylislinin çox sevdiyi erməni vəhşilər tərəfindən soyqırımına məruz qalan Xocalını və onun şəhidlərinin növbəti ildönümünü yad edəcək. Görəsən, həmin gün Əylisli yazdıqlarına görə utanacaqmı? Çətin. Yəqin, həmin gün evində rahat yatıb yenə də “daş yuxusu” görər.




 
Müəllifin son yazıları

01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
18.09.2013 Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
21.08.2013 Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
21.05.2013 Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir
02.03.2013 E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət deməkdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info