Binəqədidə “Yaşıl ürək“ layihəsi həyata keçirilib
Tarix: 21.10.2015 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında 20 oktyabrda Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş rayonun fəal gənci Nilufər Yunusovanın “Yaşıl ürək” adlı fərdi layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Abdullayeva, YAP Gənclər Birliyinin ofisinin əməkdaşı Əli Qənbərli, gənclər, Gənclərlə iş üzrə nümayəndələr, məktəblilər iştirak edib.
Tədbiri YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə açaraq tədbir iştirakçılarını salamladı və layihə haqqında qısa məlumat verib.
Sonra çıxış edən natiqlər gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların fikir və ideyalarının reallaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs etdilər. Bu baxımdan Gənclər Fondunun fəaliyyəti, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətindən danışıblar.
Layihə rəhbəri Nilufər Yunusova çıxış edərək “Yaşıl ürək” ekoloji layihəsi haqqında ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirin rəsmi hissəsindən sonra layihə iştirakçısı olan 50 nəfər məktəbliyə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin IV kurs tələbəsi Günay Zeynallının təqdimatında ekologiya mövzusunda təlim keçirildi. Məktəblilərin böyük marağına səbəb olmuş təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin icrası müddətində iştirakçıların Təmiz Şəhər ASC-yə ekskursiyası və mövzu üzrə rəsm sərgisinin təşkil olunması nəzərdə tutulub. Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırılacaqlar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info