ABŞ-ın təlim düşərgələrində hazırlanmış “İŞİD”çilər əsir götürülüb
Tarix: 30.10.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Suriya ordusu ölkənin Kuneytra əyaləti ərazisində “İŞİD” terror qruplaşmasının xüsusi təyinatlı dəstəsini əsir götürüb.
Bu barədə “RİA Novosti”yə Suriya kəşfiyyatındakı mənbə bildirib.
“Xan Arnabi qəsəbəsi yaxınlığında gedən şiddətli döyüşlər zamanı 50-dən çox terrorçu mühasirəyə alınıb. Dəstənin komandiri Mücahid ibn Zara öldürüldükdən sonra terrorçular silahı yerə qoyaraq ordu qüvvələrinə təslim olub”, deyə məlumatda bildirilir.
Məlumata görə, əsir götürülən terrorçuların əksəriyyəti ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yaratdığı təlim düşərgələrində intensiv xüsusi hazırlıq kursu keçib.
Qeyd olunan dəstə Əl Hasak şəhərində qanlı terror aktları, Dəməşqdə isə inzibati binalarda partlayışlar törədib.
“Əsir götürülənlər arasında Ad-Dar əl Kəbirə şəhəri yaxınlığındakı təlim düşərgəsində hazırlıq kursu keçmiş terrorçular da var. Onlardan birinin etirafına əsasən, Suriya ordusunun strateji obyektlərin mühafizə sisteminin öyrənilməsinə dair xüsusi kurs keçmiş bir qrup terrorçu irimiqyaslı terror aktları törətməyi planlaşdırıb”, deyə mənbə bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info