Ədviyyat və tamlı qatqılar alarkən aldanmayın
Tarix: 11.02.2013 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Ədviyyatlar və ətirli otlar insan orqanizmində həzmi yaxşılaşdıran, iştah açan, xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bu məhsullar əsasən iki növə - ədviyyat və ətirli otlara ayrılırlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verərkən, ədviyyatlar xörəyin ləzzətini artırır.
Ticarət şəbəkəsində realizə olunan və kulinariyada geniş istifadə edilən əsas ədviyyat növləri vanilin, mixək, darçın, quru nanə, toz və dənəvər qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyanadır. Eyni zamanda, xörəklərə dad və ləzzət vermək üçün ətirli otlardan da istifadə edilir. Ətirli otlar təzə və ya quru halda istifadə edilir. Azərbaycanda istifadə olunan əsas ətirli otlar şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu, dəfnə yarpağı və s.-dən ibarətdir.
Bitkinin meyvəsindən, çiçəyindən, yarpağından, qabığından, kökündən alınan ədviyyatlar da mövcuddur ki, onlar əsasən karton qutularda, döyülmüş və bütöv halda və müxtəlif kütlədə satışa verilir. Bu ədviyyatlardan kulinariyada, qənnadı, konserv, kolbasa, likör və digər yeyinti sənayesində xammal kimi istifadə edilir. Ədviyyatların tərkibində efir yağı, su və s. maddələr olur.
Ədviyyatların və tamlı qatqıların istehlak dəyəri onların tərkibində olan efir yağlarının, üzvi turşuların, qlikozidlərin, alkaloidlərin və digər dad və tam verən maddələrin miqdarı ilə müəyyən olunur. Qidaya qatılan ədviyyatlar və tamlı qatqılar onun yaxşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var və geniş istifadə edilir.
İstehlak bazarında həmçinin tamlı qatqılar və ədviyyat qarışıqları da realizə olunur ki, onların da əksəriyyəti müxtəlif bitkilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Bu məhsullardan olan xörək duzu, yeyinti turşuları, souslar və pastalar, ətirli bitkilər və meyvə-giləmeyvələrdən alınan tamlı qatmaları alarkən onların qablaşdırılmasına, markalanmasına diqqət etmək vacibdir.
Ədviyyatlar ticarət şəbəkəsində realizə olunmaq üçün əsasən xalis çəkisi 100 qr-dək olmaqla qablaşdırılır. Qablaşdırma materialı əsasən daxildən perqament və ya podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə, müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər.
Qablaşdırılmış ədviyyatlar mütləq markalanmalı və etiketdə istehsalçının adı, ünvanı, malın adı, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. göstərilməlidir. Bundan əlavə, markada quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Etiketlər bütöv, təmiz olmalı, qablaşdırmanın üzərinə qırışıqsız və düz yapışdırılmalıdır.
Bu məhsulların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır.
Ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma şəraitinə və markalanmasına diqqət edin.
Təqdim etdi:
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info