Azərbaycan kəlağayısı Özbəkistan mətbuatında
Tarix: 06.11.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Özbəkistanın silkway.uz, 1news.uz portallarında Azərbaycan kəlağayısı haqqında məqalə çap olunub.
Məqalədə bildirilir ki, Azərbaycanda geniş yayılan kəlağayı ipəkdən hazırlanan qadın baş örtüyünün istifadə olunan növlərindən biridir. Kəlağayıda əsasən qədim və geniş yayılmış süjetlər, gül motivləri və müxtəlif ornamentlər əks olunur. Böyük İpək Yolunun üzərində yerləşdiyindən Azərbaycan ticarət üçün tranzit rolu oynayıb.
Yazıda Azərbaycan iqliminin ipəkçilik üçün əlverişli olduğu, Çin ipəyindən heç də geri qalmayan Azərbaycan ipəyinin hazırlandığı qeyd olunur. “Azərbaycanda erkən orta əsrlərdə ənənəvi ipək emalı mərkəzləri formalaşmış və ölkənin Basqal, Gəncə, Şəki, Şirvan şəhərlərində ipək parçaların hazırlanması geniş yayılmışdı”, - deyə müəllif bildirir.
Materialda deyilir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya kəlağayının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunması barədə sənədi təqdim edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info