Duzun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar?
Tarix: 14.02.2013 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Gündəlik istehlakda və insanların qida rasionunda zəruri və daimi istifadə olunan məhsullardan biri də duzdur. Lazımi miqdarda yodlaşdırılmış duzla təminat yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması deməkdir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir.
Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində ən təsirli vasitələrdən biridir. İnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır. Duzun gündəlik istehlakının optimal miqdarı 6 qr-dan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olan duzun 80%-i hazır məhsullar vasitəsi ilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə 2-3 qr duz istifadə edilir.
Yaş qrupundan asılı olaraq insan orqanizminin gündəlik yoda tələbatı mövcuddur. Belə ki, 1 yaşa qədər uşaqlar 50, 2-6 yaş arası uşaqlar 90, 7-12 yaş arası uşaqlar 120, hamilə qadınlar və südverən analar 200, yaşlı insanlar sutkada 100 mkq yod qəbul etməlidir.
Hər bir istehlakçı bilməlidir ki, yodlaşdırılmamış duz qida maddələrinin tərkibində lazımi miqdarda olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların mübadiləsini zəiflədir, orqanizmin müqavimətini azaldır və sair.
Ona görə də istifadə etdiyimiz duz məhsulunun fiziki-kimyəvi, mikrobioloji göstəricilərinin, qablaşdırılması, etiketlənməsi və sair mərhələlərinin yüksək keyfiyyətə malik olmasına, dövlət standartlarına və normativ texniki sənədlərin tələblərinə cavab verməsinə diqqət edin.
Belə ki, duzun yodlaşdırıldığının müəyyən edilməsi üçün birinci növbədə onun qablaşdırılmasına fikir vermək lazımdır. Hər bir istehlakçı bilməlidir ki, duzun yodlaşdırıldığına dair məlumat qabda qeyd olunmalıdır. Duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır. Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Eyni zamanda laboratoriya təhlilləri şübhələndiyiniz duzun yodlaşdırıldığını müəyyən etmək üçün ən vacib üsullardan biridir.
Duz alarkən istehlakçılar ilk öncə onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirməlidir. Yodlaşdırılmış duzun yararlılıq müddəti kalium yodidin istifadəsi zamanı 6 ay, kalium yodatın istifadəsi zamanı isə 9 ay müəyyən edilib. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duz son mərhələdə əlavə edilməlidir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2010-cu ildə ticarət şəbəkələrində aparılmış monitorinqlər zamanı ortaya çıxmış neqativ hallar və onların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbir nəticəsində qeyd olunan tələblərə cavab verməyən 34,6 ton duz müvafiq qaydada məhv edilib.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info