Paxlalı bitkilər qanda xolesterini azaldır, şəkərin səviyyəsinə nəzarət edir
Tarix: 13.11.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Paxlalı bitkilər, o cümlədən qurudulmuş paxla və noxudun bütün növləri zülalın, vitaminlərin və mikroelementlərin ucuz və əlçatan mənbəyidir.
Bu bitkilər inkişaf etməkdə olan ölkələrdə ərzaq probleminin həllinə xüsusi kömək edəcək. Belə nəticələrə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisləri gəliblər. Onlar qərara alıblar ki, 2016-cı ili paxlalı bitkilərin beynəlxalq ili elan etsinlər. FAO-nun baş direktoru Joze Qratsianu da Silva bu qərarın şərəfinə dibçəyə at paxlasının bir neçə dənini əkib. O bildirib ki, paxlalı bitkilər əsrlər boyu Afrika, Latın Amerikası və Asiya xalqlarının qida rasionunun bir hissəsi olub, lakin onlara lazımi qiymət verilməyib. Bu bitkilər xüsusilə əhalinin əksəriyyətinin ət və süd məhsullarını ala bilmədiyi regionlarda aclıq və doyunca yeməməklə mübarizədə çox mühüm rol oynayacaq. FAO-nun ekspertləri xatırladırlar ki, paxlalılar sağlamlıq üçün çox faydalıdır. Onların tərkibində böyük həcmdə sellüloza var. Bu bitkilər qanda xolesterinin səviyyəsini azaldır, şəkərin səviyyəsinə nəzarət edir. Həkimlər paxlalı bitkiləri ürək-damar xəstəlikləri olan adamlara, habelə diabet və piylənmədən əziyyət çəkənlərə məsləhət görürlər. Paxlalılara quru noxud, göyərçin noxudu, mərcimək və qurudulmuş paxlalıların müxtəlif növləri aiddir.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info