“Toxunulmaz şəxslər yoxdur” (Yenilənib)
Tarix: 14.11.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc söyləyib. Z. Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür ki, cəmiyyətə təqdim olunmaqdadır: “Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir. İstər dövlət elitasına daxil olanları, istərsə də əsasən sahibkarları basqı altına almaq niyyəti ilə həyata keçirilən tədbirlər heç bir halda bağışlana bilməzdi. Prezidentin addımı sübut etdi ki, toxunulmaz şəxslər yoxdur, nazir vəzifəsini daşısalar da, onlara qarşı ən sərt tədbirlər həyata keçiriləcək. Eldar Mahmudovun nazir olaraq çevrəsinə topladığı generalların vətəndaşlar üzərində qurduqları “haqq əməliyyatları” külli miqdarda vəsaitlərin əldə olunmasına yönəlib və bunu artıq inkar etmək mümkün deyil. O şəxslərin həbsə atılması, gələcəkdə qanun qarşısında cavabdehlikləri də özündə bunu ehtiva edir. Rabitə və yüksək texnologiyalar nazirinin də vəzifəsindən azad olunması onu göstərdi ki, ötən illər ərzində dövlətin bilavasitə qayğısı, büdcə ayırmaları vasitəsi ilə bu ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Əli Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib”. Z. Oruc vurğulayıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin milli təhlükəsizlik məsələlərində qanunla müəyyənləşmiş statusu və rolu var: “Ancaq qanunla sanksiyalaşdırılmadığı təqdirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olan texniki qurğuları və digər vasitələri vətəndaşlara, sahibkarlara qarşı yönəltmək yolverilməz hallardır, Konstitusiya müddəalarının, qanunvericiliyin açıq-aşkar pozulmasıdır. Düşünürəm ki, hər kəs də illər ərzində bu strukturun Prezidentin siyasətində hər zaman öndə olduğunu nəzərə almalı idi və adekvat davranışlar göstərməli idi. Amma görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib və deməli, Prezidentin etimadını doğrultmayıb. Yəni Eldar Mahmudovun xəfiyyə strukturları, əslində isə sümürgənlik sistemi tək sahibkarlar deyil, digər insanların üzərində də bu cür tələləri yaradıb və vəziyyət belə bir duruma gətirib çıxarıb”. Millət vəkili qeyd edib ki, təhlükəsizlik sferasında atılan son addımlar sahibkarlığın üzərində qurulmuş töycü sistemindən azad olunmasına imkan verir, digər tərəfdən ölkənin təhlükəsizliyi ilə bağlı gerçək peşəkarların, bu sferada uzun illər gizli cəbhələrdə ölkənin mənafeləri üçün çalışmış insanların da öz fəaliyyətlərini rahat həyata keçirmələrinə səbəb olacaq.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Erməni hüquq müdafiəçisi: Ermənistanda insan hüquqları hələ də pozulur,
17.12.2018
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
17.12.2018
Mahmud Ələvi: İran və Azərbaycan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır
17.12.2018
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
15.12.2018
Yaponiyalı tələbə: Azərbaycan müasir düşüncəli və sülhsevər ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info