Arıqlamanın daha bir yolu
Tarix: 17.11.2015 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Arıqlamanın yolları arasında gündə çoxlu miqdarda maye qəbulu, istəyə uyğun faydalı meyə-tərəvəzlərdən bol miqdarda istifadə, axşam saatlarında pəhriz tutmaq, maddələr mübadiləsini sürətləndirməyə təsirli olan idman məşqlərini nəzərə almaq lazımdır.
Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə böyük səhvlərdən biri, nizamlı fasilələrlə yemək yerinə, yalnız meyvə qəbul edərək daha az kalori almağa çalışmaqdır. Halbuki bütün gün boyunca qəbul edilən meyvə, gündəlik enerji ehtiyacını qarşılamaqda qeyri-kafi qala bilər.
Enerji verən qış meyvələrini, fəslində qəbul etmə istəyinin artdığı bu günlərdə, meyvələri sağlam bəslənmə proqramı içində, kafi miqdarda qəbul etmək əhəmiyyətlidir. Yaxşı bir vitamin, mineral və enerji qaynağı olan meyvələr; həm böyümə və inkişafı dəstəkləyir, həm də hüceyrə yenilənməsində iştirak edir.

Arıqlamanın yolları arasında, axşam saat 6-dan sonra yemək yeməmək də yer alır. Əslində, yemək yedikdən sonra dərhal yatmaq, çəki alma səbəbi olaraq müəyyən edilir. Buna görə də, axşam yeməyindən sonra, meyvə xaricində hər hansı bir şey yeməmək lazımdır.
Artıq çəkidən azad olmaq yolları arasında, yaxşı bir yuxu yatmaq da yer alır. Yaxşı bir yuxu yatan adamların metabolizmi, dörd saatdan az yuxu yatanların metabolizmindən daha sürətli çalışır, və təbii olaraq daha çox enerji yandırmağa imkan verir.
Zəifləmək istəyirsinizsə, kremli olan yeməklərin tükətimindən də uzaq durmaq lazımdır. Məsələn, kremli tortlar və kremli şorbaların tərkiblərində olan yağ, sizin çəki almağınıza səbəb olur.
Günlük alacağınız kalori miqdarını mütəmadi azaldın. 1200 kaloridən daha azına isə düşməməyə diqqət edin.
İmmun sisteminin zəif olduğu fəsildə edilən daha bir yanlış isə internetdə yerləşdirilən pəhriz reseptlərindən necə gəldi istifadə etməkdir.
Belə ki, fəslin gəlişi ilə qış geyimlərindən çıxan zaman artıq kilolardan əziyyət çəkənlər arıqlamaq istəyirlər. Bunun üçün isə peşəkarlarla məsləhətləşmədən internetdə yerləşdirilən pəhriz reseptlərindən istifadə edirlər. İmmun sisteminin çox zəif olduğu fəsildə kor-koranə pəhrizlə arıqlamaq isə sonradan sağlamlıq üçün bir çox fəsadlar törədir.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info