Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyəti müzakirə edilib
Tarix: 18.11.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunmasının təşkili, sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması, yeni yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) fəaliyyətinin dəstəklənməsi, eləcə də bu sahədə mövcud problemlərin müzakirəsi məqsədilə “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin və çoxmənzilli binalarda yaradılan MMMC-lərin, həmçinin təşəbbüs qruplarının nümayəndələri iştirak edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ölkəmizdə həyata keçirilən mənzil-kommunal siyasəti, həyata keçirilən institusional islahatlar və bu sahənin inkişaf perspektivləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, mənzil fondunun idarə olunması istiqamətində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb, 2009-cu ildə yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi baza rolunu oynayır. Bakı şəhərində çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar MMMC-lər yaradılmış, indiyədək 17 MMMC dövlət qeydiyyatına alınıb. Hazırda yeni üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır.
İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Arif Nəzərov MMMC-lərin yaradılmasında dövlət dəstəyi, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda MMMC-lərin təşkili barədə təqdimatlarla çıxış ediblər. Tədbirdə iqtisadçı-ekspert Nüsrət İbrahimov, “Yasamal-2” MMMC-nin sədri Gülbaba Cavadov, “Xətai-3” MMMC-nin sədri Mehman Nağıyev və digərləri məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info