Yatmazdan əvvəl elektron qurğulardan istifadə məsləhət deyil
Tarix: 19.11.2015 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Parlaq göy ekranlı smartfon, planşet kompüter və elektron oxu qurğuları insanın bioloji saatını dayandırmaqla yanaşı, yuxunu təmin edən hormonların əmələ gəlməsinə mane olur.
Bu qənaətə Kinqs kollecin və Surrey Universitetinin mütəxəssisləri gəliblər. “Vokruq Sveta” saytı bildirir ki, yuxu sahəsində mütəxəssislər müasir planşet, smartfon və elektron kitab modellərinin insan orqanizminə təsirini tədqiq edərək bu qurğuların ekranlarından buraxılan mavi şüaların melatoninin - yuxu hormonunun yaranmasına mane olmasını müəyyən ediblər. Tədqiqat müəllifi Pol Qrinqrasın sözlərinə görə, mavi və yaşıl spektr dalğaları melatonini digər spektr dalğalarından daha çox boğur ki, bu da insanı yuxuya getməli olduğu halda gümrah və diqqətcil edir. Həkimlərin fikrincə, qurğu istehsalçıları öz üzərilərinə öhdəlik götürərək bu ciddi problemi həll etməlidirlər. Belə ki, yatmazdan əvvəl planşet və ya elektron kitabdan istifadə gələcəkdə yuxu pozulmasına səbəb ola bilər. Tədqiqatçılar əmindirlər ki, qurğular axşam düşən zaman sarı və ya qırmızı rəngi şüalandırmalıdır. Onların məlumatına görə, hazırda axşamlar elektron qurğunun işığını azaldan yalnız ayrı-ayrı proqramlar mövcuddur. Alimlər insan sağlamlığı üçün tam yuxunun əhəmiyyətini təsdiq edən yeni dəlillər aşkarlayırlar. Belə ki, Almaniya alimlərinin fikrincə, yaxşı yuxu immunitetə infeksiyaları yadda saxlamağa kömək edir. ABŞ tədqiqatçıları isə bir gecə yuxusuzluğu yarım illik pis qidalanmaya bərabər tutublar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Öpüşürərək görüşməyi tərgidin!
22.01.2020
Arının ölüsü də insan üçün xeyirlidir
21.01.2020
Bioloji Təbabət muzeyinin açılışı olub
21.01.2020
Soyuqdəymə zamanı qızdırma 3-4 gündən çox düşmürsə...
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info