Diş çürüməsinə pendirlə müalicə
Tarix: 20.11.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Aparılan bir araşdırmaya görə, pendirin ağızdakı ph dəyərini artırması sayəsində dişləri çürüklərə qarşı qoruya biləcəyi təyin olunub.
“Milli.Az” bildirir ki, "General Dentistry" jurnalında nəşr olunan bir araşdırmada 12-15 yaşındakı 68 iştirakçının pendir, süd və qatıq yemədən əvvəl və sonra diş düyününün ph dəyərinə baxılıb. Elm adamları iştirakçıları təsadüfi 3 qrupa ayırıblar. İlk qrupdakılara pendir, ikinci qrupdakılara süd və üçüncü qrupdakılara şəkərsiz qatıq verilib. Qrupların hamısı 3 dəqiqə ərzində bu məhsulları yeyiblər və suyla ağızlarını yaxalayıblar. 10, 20 və 30 dəqiqə sonra iştirakçıların ağzındakı ph dəyəri qiymətləndirilib. Süd içən və qatıq yeyənlərin ağızındakı ph dəyərində dəyişiklik görülməyib. Ph dəyərinin 5,5-dən aşağı olmasının dişdə eroziya riskini artırdığını ifadə edən elm adamları pendir yeyənlərin ph dəyərinin sürətlə və gedərək artdığını təyin ediblər. Elm adamları, pendirin dişlər arasında əzilməsinin tüpürcək ifrazatının artmasını təmin etdiyini, bundan əlavə, içindəki bəzi maddələrin diş minasına müsbət təsir edərək, dişləri turşudan qoruduğunu vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Öpüşürərək görüşməyi tərgidin!
22.01.2020
Arının ölüsü də insan üçün xeyirlidir
21.01.2020
Bioloji Təbabət muzeyinin açılışı olub
21.01.2020
Soyuqdəymə zamanı qızdırma 3-4 gündən çox düşmürsə...
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info