ABŞ-ın sabiq hərbi kəşfiyyat rəhbəri: “İraqa görə tarix bizi cəzalandıracaq”
Tarix: 30.11.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


«İraqa qarşı həyata keçirilən qəsbkarlıq aktı çox ciddi səhvdir və buna görə tarix bizi cəzalandıracaq». Bu fikirləri İraq müharibəsi zamanı kəşfiyyat əməliyyatlarına rəhbərlik etmiş ABŞ-ın sabiq hərbi kəşfiyyat rəhbəri , general- leytenant Maykl Flinni bildirib.
«Der Spiegel» nəşrinə müsahibə verən sabiq general etiraf edir ki, «Əgər ABŞ İraqı işğal etməsəydi, «İŞİD» kimi tanınan terror qrupu da meydana gəlməyəcəkdi».
Onun sözlərinə görə, «Bu bizim tərəfimizdən çox böyük şəhv idi. Bütün mənfi cəhətlərinə, qəddarlığına baxmayaraq, Səddam Hüseyni həyatdan məhrum etmək doğru yol deyildi. Bunu bu gün uğursuz dövlət kimi xarakterizə edilən Liviya rəhbəri Qəddafiyə də aid etmək olar. Böyük tarixi ibrət dərslərindən biri də ondan ibarətdir ki, İraqın strateji cəhətdən işğal edilməsi inanılmaz dərəcədə pis qərar idi. Tarix bağışlayan olsa da, bütün bunları bizə bağışlamayacaq»-deyə, Flinni bəyan edib.
Xatırladaq ki, 2004-2007-ci illərdə Əfqanıstan və İraqda xidmət edən sabiq general ABŞ-ın xüsusi əməliyytlarına komandanlıq edib. Bu ərəfədə onun başlıca vəzifəsi "Əl-Qaidə" lideri və sonralar «İŞİD»-in yaradıcılarında biri olan Əbu Musabi əl-Zarkavinin axtarışından ibarət olub. Flinninin sözlərinə görə, əl-Zarkavini məhv etməklə onun davamçılarının azalacağı ümidində olan ABŞ, təəssüf ki, çox yanılırdı. General etiraf edir ki, Ben Ladendən və əl-Zarkavidən sonra baha «ağıllı» və «çox təhlükəli» dini münaqişəni
qlobal dini müharibə səviyyəsinə qaldıran Əbu Bəkr əl-Bağdadi meydana gəldi. Flinni Bağdadinin 2004-cü ildə ABŞ tərəfindən tutularkən yenidən azadlığa buraxılmasını da yanlış addım kimi qiymətləndirir: «Bu, bizim tərəfimizdən böyük yanlışlıq idi. Həmin vaxt biz gələcəkdə kiminlə qarşılaşacağımızı anlamırdıq».
«İndi bütün Avropa ölkələrinin əksəriyyətidə «İŞİD»-ə qarşı struktur mövcuddur. Belə bir strukturun ABŞ-da da olduğu mümkün olsa da, onu reallaşdıra bilməyib». Flinniyə görə, «İŞİD» üzərində qələbə çalmaq üçün təkcə hava hücumları kifayət deyil. Bunun üçün quru əməliyyatları həyata keçirmək lazımdır. Ona görə də, Rusiya ilə konstruktiv əməkdaşlıq etmək lazımdır. «Rusiyanın Suriyadakı münaqişəyə hərbi yolla müdaxiləsi bu regionda vəziyyəti kökündən dəyişdi. Biz artıq Rusiyanın pis olduğunu və tezliklə regionu tərk etməsini söyləyə bilmərik. Bu, o qədər də real olmayacaq»-deyə, general bildirir.
Qeyd edək ki,sabiq general ABŞ prezidentinin Rusiya ilə əməkdaşlıq etməməsinə də tənqidi münasibət bildirir: « Fransa prezidenti Fransua Olland kömək üçün Vaşinqtona müraciət edir. Bir amerikalı kimi, bu mənə qəribə görünür. Amma mənə belə gəlir ki, bu, belə olmamalıdır. Biz özümüz onun yanına gəlib, köməyimizi təklif etməliyik» -deyə, bəyan edən Flinni etiraf edir ki, məhz ABŞ-ın passivliyi Ollandı Moskva ilə danışıqlar aparmağa məcbur edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Dünyada 286 877 nəfər koronavirusdan sağalıb
07.04.2020
Aprelin 14-dən Avstriya normal həyata qayıdır
07.04.2020
ABŞ Dövlət Departamentinin 3 əməkdaşı koronavirusun qurbanı olub
06.04.2020
Fransada son 24 saatda 833 nəfər koronavirusdan ölüb
06.04.2020
ABŞ-da COVID-19 diaqnozu ilə ölənlərin sayı 10 mini keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info