“Yaşıl ürək” rəsm sərgisi keçirilib
Tarix: 01.12.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi, rayonun fəal gənci Nilufər Yunusovanın “Yaşıl ürək” adlı fərdi layihəsinin bağlanış mərasimi və eyni adlı rəsm sərgisi keçirilib. Sərgi YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında təşkil olunub.
Tədbirin aparıcısı Xəzər Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin “İngilis dili” ixtisasının III kurs tələbəsi, “Sosial Məişət Problemlərinin Elmi Araşdırma Mərkəzi”nin rəhbəri və mühazirəçi Mirağa Bağırov rəsm müsabiqəsində iştirak edən məktəblilərə ekologiya mövzusunda suallar ünvanlanıb.
Sonra tədbir rəsmi hissə ilə davam etdirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçıları Kubra Əliyarlı və Rahil Şükürov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, gənclərlə iş üzrə nümayəndələr, məktəblilər iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüsü Zahirə Ağayeva çıxış edərək ölkəmizdə gənclərin fərdi inkişafı üçün yaradılan şəraitdən danışıblar.
Layihə rəhbəri Nilufər Yunusova çıxışında layihənin icrası müddətində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırılıblar.
Qeyd edək ki, layihə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info