Bel ağrılarından qorunmağın 10 yolu
Tarix: 15.02.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Aparılan araşdırmalar zamanı məlum olub ki, hər 100 nəfərdən 80-də bel ağrısı şikayətləri olur. Bel ağrılarından qorunmaq isə heç də çətin deyil. Sadəcə olaraq sağlamlığımızn qeydinə qalmaq bizdən bir qədər diqqət tələb edir. Bunun üçün aşağıdakı 10 məsləhətə əməl etmək lazımdır:
Əşya qaldırarkən dizinizi bükün: Yanlış vəziyyətdə yük qaldırmaq beldə narahatlığın yaranmasının başlıca səbəbidir. Yerdən hər hansı bir yükü qaldırarkən dizlərinizi bükərək əyilin və bu vəziyyətdə həmin yükü qaldırın.
Belinizi döndərməyin: Xüsusilə, maşında arxaya çevrilərək nəyisə götürmək bel ağrısına səbəb olur. Onurğa sütununun dönərək hərəkət etməsinə səbəb olan bu vəziyyətdəki təhlükəli və ani davranışlardan çəkinin.
Arıqlayın: Kökəlmək, xüsusilə, bel diskini gücə salır. Bədənin bütün ağırlığı belə düşür və oradan ayaqlara doğru yayılır. Kökəlmək onurğa sütununa ağırlıq düşməsinə səbəb olur. Bunun baş verməməsi üçün sağlam qidalanmaq və idman etmək lazımdır.
Hündür yerə uzanmayın: Bel ağrılarına səbəb olan davranışlardan biri də hündür yerə uzanmaq və hündür yerdən yük götürməkdir. Başınızdan hündürə doğru uzanmayın və hündür bir yerdən yük götürməyin.
İdman edin: Bel əhatəsindəki əzələləri gücləndirmək üçün idman edin. Qaçış və üzgüçülük ən çox tövsiyə edilən idman növləridir. Basketbol, futbol isə bel ağrısı olanlara tövsiyə edilmir.
Hərəkətdə olun: Kompyuter başında yarım saat oturursunuzsa, hər yarım saatdan bir beş dəqiqə gəzməlisiniz. Oturduğunuz hər yarım saatdan bir vəziyyəti dəyişmək və gəzib-dolaşmaq ağrılardan qorunmağa kömək edir.
Dəstəkdən istifadə edin: Oturduğunuz stulda və ya sürücü kreslosunda mütləq bel üçün nəzərdə tutulmuş yastıqlardan istifadə edin. Arxaya doğru çox oturmayın və rula daha yaxın oturaraq maşını idarə edin.
Uzanaraq kitab oxumayın: Uzanmış vəziyyətdə kitab oxumaq bel ağrısına səbəb olur. Uzanaraq kitab oxuyanda onurğa sütunu önə doğru əyildiyindən vəziyyəti dəyişir. Eyni zamanda, yatağınızda dizüstü kompyuterlərdən də istifadə etməyin.
Yataq seçərkən diqqətli olun: Yataq dəstlərinin nə sərt, nə də çox yumşaq olması lazım deyil. Orta yumşaqlığı olan yataqlar beli ağrılardan qoruyur. Sizin üçün ən rahat olan vəziyyətdə yatın.
Rahat ayaqqabı geyinin: Xüsusilə qadınlar üçün saatlarla dikdaban ayaqqabılar geyinmək çox təhlükəlidir. Çünki onurğa sütununun bütün müvazinəti və ağırlıq mərkəzi dəyişir. Bütün ağırlıq belə düşür. Buna görə də, işə gedərkən düz, işdə isə dikdaban ayaqqabı geyinə bilərsiniz.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info