Bakı Ali Neft Məktəbinin tələbəsinin layihəsi təqdim olundu
Tarix: 02.12.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, sənayenin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Gənclərin mənəvi inkişafında təhsil mühüm amillərdən biridir. Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. Gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün gənclərimiz yeni layihələrlə çıxış edərək öz potensial imkanlarını ortaya qoyurlar. Belə gənclərimizdən biri də BANM-də təhsil alan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevadır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqlayıb. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasından söz açıb. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov təqdim olunan layihə haqqında və onun təşkili barədə danışıb. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən Pakizə Paşayevanın layihəsinə verilən dəstəkdən söz açaraq, onun Binəqədi rayonu 244 saylı orta məktəbi bitirdiyini deyib. P.Paşayevanın Binəqədi rayonunun yetirməsi olduğunu deyən R.Göyüşöv BANM-də onun uğurlarını davam etdirəcəyinə əminliyini ifadə edib. O, vurğulayıb ki, YAP gənclərin bu cür layihələrinin həyata keçirilməsində daim dəstək olur və bu tipli layihələr uğurla həyata keçirilir. O, bu layihənin BANM-lə birgə uğur olduğunu deyib və bu əməkdaşlığın davam etdirilməsinə əminliyini ifadə edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman gənclərin inkişafına xüsusi diqqət verdiyini bildirib. O, həmin dövrdə ümummilli lider Heydər Əliyevin azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda təhsil alması üçün imkan yaratmasından və dəstəyindən danışıb. Aygün Əliyeva hazırda ölkəmizdə gənclər üçün yaradılan şəraitdən söz açaraq Prezident İlham Əliyevin gənclərə böyük dəstək göstərdiyini vurğulayıb. O, bildirib ki, bu gün Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir, gənclər siyasəti uğurla həyata keçirilir. Bİnəqədi rayonunda gənclər siyasətinin uğurla həyata keçirilməsinə dəstək verilərək onlara geniş imkanlar yaradılır.
Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakı Ali Neft Məktəbinin öndə gedən ali təhsil müəssisəsi olduğunu bildirərək Pakizə Paşayevanın məhz bu ali təhsil müəssisəsində təhsil almasını yüksək dəyərləndirib. O, deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizdə gənclərin fəaliyyətinə dəstək verdiyini deyib. O, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini qeyd edərək dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini vurğulayıb. Vüqar Rəhimzadə bu layihənin gəncliyin təhsilə, elmə olan marağının artırılmasına xidmət etdiyini deyib. O, çıxışında Binəqədi Rayon İcra Hakimiyyətinə, YAP Binəqədi Rayon Təşkilatına, Bakı Ali Neft Məktəbinə belə gənclərin dəstəklənməsinə, onlara yaradılan şəraitə və diqqətə görə təşəkkür edib.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova BANM-də tələbə-gənclər üçün geniş imkanlar yaradıldığını, dövlətimiz tərəfindən həyata keçirilən siyasətin davam etdirildiyini, gənclərin təşəbbüslərinə hər zaman qayğı və diqqət verildiyini və BANM-in rəhbərliyi tərəfindən dəstəkləndiyini deyib. O, bildirib ki, BANM-in tələbəsi olmaq, öndə gedən ali təhsil müəssisəsində təhsil almaq özü bir stimuldur. BANM-in tələbələri həm yüksək bilik, həm də bacarıq və qabiliyyətləri ilə irəlidədirlər. O, Pakizə Paşayevanın da məhz bu tələbələrdən biri olduğunu vurğulayaraq, ali məktəbin öndə gedən təhsil ocağı kimi bu adı doğrultduğunu deyib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Rəmziyyə Qarazadə, layihə iştirakçıları adından çıxış edən Xəyalə Həsənova layihə haqqında öz fikirlərini bölüşərək, layihə müəllifi Pakizə Paşayevanı təbrik ediblər. Çıxışçılar ölkəmizdə gənclər siyasəti, ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyər, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, gənclərin siyasətdə rolu, o cümlədən, müasir dövrdə ingilis dilinin əhəmiyyəti haqqında söz açıblar və layihədən gözləntilərini bildiriblər.
Qeyd edək ki, ““I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihənin reallaşdırılmasında əsas məqsəd geniş təhsil imkanlarının yarana bilməsi, həmçinin, karyerada sürətli inkişaf baxımından kifayət qədər böyük önəm kəsb edən ingilis dilini ümumi gedişatda seçilmiş layihə iştirakçılarına daha effektli üsullarla və intensiv şəkildə öyrətməkdir.
Layihə ilkin mərhələdə 3 ay davam etdiriləcək.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info