“ATƏT-in KİV azadlığı üzrə nümayəndəliyi ikili standartlar əsasında işləməməlidir”
Tarix: 04.12.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Sergey Lavrov: “Təşkilata üzv ölkələr digər dövlətlərin daxili işinə qarışmamalı, suverenliyə və siyasi müstəqilliyə hörmətlə yanaşmalıdırlar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşündə bu təşkilatı kəskin tənqid edib. Lavrov bildirib ki, ATƏT-in toplantısının keçirilməsi üçün Serbiya paytaxtının seçilməsi rəmzi xarakter daşıyır.
O qeyd edib ki, bu addım Belqradın beynəlxalq hüquq normalarına əməl etməsi ilə bağlıdır. ATƏT-in əsas prinsip və normalarına əməl edilməsinin vacibliyinin dərk edilməsi terror təhlükəsinin daha real şəkildə hiss edilməsi ilə bağlıdır. Rusiya xarici siyasət idarəsinin başçısı ümid etdiyini bildirib ki, ATƏT ölkələrinin xarici işlər nazirləri bütün ikinci dərəcəli məsələləri bir kənara qoyaraq əsas diqqəti bütün dövlətlər üçün əsas olan problemin həllinə yönəldəcəklər: “Bu terrorizmdir, narkotika ticarətidir. Narkotika sahəsindən əldə edilən gəlir terrorizmə dəstək kimi istifadə edilir. Bu gün Avropanı bürüyən miqrant probleminin əsas səbəbi də bu problemlərdir. Bütün problemlər bizdən vahid yanaşma ortaya qoymağı tələb edir”. Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, əsas prinsiplərdən biri başqa dövlətlərin daxili işinə qarışmamaq, suverenliyə və siyasi müstəqilliyi hörmətlə yanaşmadır: “Problemin həlli üçün güc tətbiq edilməməsi 40 il əvvəl Helsinki aktına daxil edilib. Təəssüf doğuran faktlardan biri də ondan ibarətdir ki, ATƏT-in əsas prinsipləri elə məhz Belqradda pozulub. NATO ölkələri Yuqoslaviya Sosialist Federativ Respublikasını bombalamaqla ATƏT-in əsas prinsiplərini kobud şəkildə pozublar. İlk dəfə olaraq ATƏT ölkələri heç bir hüquqi əsas olmadan təşkilatın başqa bir üzvünün ərazisini bombaladılar. Bu böhranın təsiri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, sonradan Kosovo və Bosniyada da özünü göstərdi. Rusiya həmin qətnamələrə qeyd-şərtsiz əməl edilməsinin tərəfdarıdır ki, belə faciələr bir daha təkrarlanmasın. Sevindirici məqam ondan ibarətdir ki, bu gün həmin ölkələrin hamısı Belqradda bir araya gəliblər. Bu isə onu göstərir ki, biz üzv olduğumuz təşkilatın əsas prinsiplərinə əməl etməli və onları pozmağa cəhd etməməliyik”. Rusiya xarici işlər naziri ATƏT-in azad mətbuatla bağlı xüsusi nümayəndəsini tənqid edib: “ATƏT-də KİV azadlığı ilə bağlı xüsusi nümayəndə var. Bu nümayəndəlik institut kimi real həyatda olan tələblərə uyğun fəaliyyət göstərmir. Biz nazirlər bu məsələ ilə bağlı konkret qərarlar qəbul etməliyik ki, ATƏT-in KİV azadlığı üzrə nümayəndəliyi ikili standartlar əsasında işləməsin”. O qeyd edib ki, terrorun təbliğ edilməsi, narkotika istifadəsi kimi beynəlxalq hüquqda qadağan olunan hallar burada istisna təşkil edir: “Bu məsələdə həlledici məsələ həqiqi, vicdanlı informasiyanın yayılmasıdır. Biz efirlərdə, qəzet səhifələrində, internet portallarında açıq şəkildə təhrif edilmiş, yalan informasiyalara tez-tez rast gəlirik”. Lavrov onu da bildirib ki, Ukraynada baş verən insan hüquq pozuntuları ATƏT tərəfindən adekvat qiymətləndirilmir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
19.05.2019
Daşkəsəndə 217 nəfər ödənişli ictimai işlərə cəlb olunub
19.05.2019
Sabunçu rayonunda mənzildə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
18.05.2019
Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində yanğın baş verib
18.05.2019
90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info