Beyində əməliyyat üçün mütəhərrik iynə hazırlanıb
Tarix: 05.12.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Londonun İmperial Kollecinin alimləri eşşəkarısının anatomik quruluşundan istifadə edərək yeni cərrah aləti - beyində əməliyyat üçün mütəhərrik iynə hazırlayıblar.
Alətin elastik quruluşu neyrocərrahlara dərman preparatlarını beynin lazımi sahələrinə ətrafdakı toxumaları zədələmədən yeritməyə imkan verir. Hazırda istifadə edilən düz və sərt iynələr bu xüsusiyyətə malik deyil. Pasiyent üçün bu, arzuedilməz kənar müdaxilələr riskinin azalması deməkdir. Kollecin saytı xəbər verir ki, minici eşşəkarısının iynəsi xüsusi mütəhərrikliyə malikdir. Bu, həşərata öz qurbanını - oduncaqda yaşayan parazitlərin süfrələrini sərrastlıqla deşməyə imkan verir. Mexanizm eşşəkarısı iynəsinin hərəkətini xatırladan üç kiçicik, yan-yana sürüşən polimer valcıqdan ibarətdir. Bu, beynin mühüm sahələrini zədələməmək üçün bükülməyə imkan verir. İynənin robot əl vasitəsilə yeridiləcəyi planlaşdırılır. Tədqiqat qrupu bu alətin dörd il ərzində təkmilləşdirilməsi, kliniki sınaqlardan keçirilməsi və tibbi praktikaya tətbiq edilməsi üçün bu yaxınlarda 8,3 milyon funt məbləğində qrant alıblar. Milan Universitetinin professoru Lorentso Bello klinika şəraitində yeni texnikanın sınaqdan keçirilməsinə rəhbərlik edəcək. Layihədə bilavasitə iştirak edən Ferdinando Rodriqes bildirib ki, bu ideya onun ağlına bioloq həmkarı, professor Culian Vinsentlə nahar zamanı gəlib. O, minici eşşəkarılarının süfrələrinin toplanması nüanslarından danışanda mühəndis bu mexanizmi cərrahi əməliyyatlarda tətbiq etmək barədə düşünüb.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info