Kompüterin zərərlərindən qorunmağın yolları
Tarix: 15.12.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Fərdi kompüterlərin evlərə ilk daxil olmağa başladığı vaxtlarda hər kəs kompüterlə birlikdə kaktus da alırdı. Çünki belə bir fikir var idi, kompüterlər şüalanma yayır və kompüterin yaxınlığındakı kaktus bu şüaları udaraq bizi təhlükədən qoruyur. Artıq bir çox ev, ofisdə kompüterlər olsa da, kaktuslara çox da rast gəlmək olmur. Lakin bu o demək deyil ki, kompüterlərin insan sağlamlığına zərəri toxuna bilməz.
Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, kompüterlərdən istifadənin insan sağlamlığına bir sıra zərərləri ola bilər. Bu təhlükələr və onlardan qorunma yollarını təqdim edirik:

Şüalanma təhlükəsi
Ölkəmizdə insanların təkcə kompüterlər yox, bir sıra müasir texnoloji avadanlıqlarla bağlı əsas qorxusu şüalanmadır. Bəli, kompüterlər müəyyən şüalanmanın yayılmasına səbəb olurlar. Lakin indiyənədək aparılmış araşdırmalarda kompüterlərdən yayılan şüaların insan sağlamlığı üçün təhlükə törətməsi faktına rast gəlinməyib.
Yeni texnologiyaların kütləvi istehsalına icazə verilməsi üçün müəyyən sınaqlar keçirilir, onların təhlükəsizliyi qiymətləndirilir və sertifikatlarla təmin edilir. Həmçinin bütün dünyada texnoloji avadanlıqlar idxal edilərkən onların bir sıra tələblərə cavab verməsinə, sertifikatlarla təmin olunmasına dövlət qurumları nəzarət edir.

Hərəkət və dayaq sistemi üçün təhlükələr
Aktiv kompüter istifadəçiləri ən çox kürək, sinə, boyun, çiyin, qol və ayaq ağrılarından şikayət edirlər. Bunun əsas səbəbi isə kompüterin qarşısında düzgün qaydada əyləşməmək və düzgün istifadə etməməkdir.
Kompüterin qarşısında əyləşərkən qaməti düz saxlamaq lazımdır. Monitor göz səviyyəsində və ya ondan bir az aşağıda nizamlanmalıdır. Kompüterdən istifadə üçün nəzərdə tutulmuş kreslolardan istifadə etmək olduqca faydalıdır. Adətən bu cür kresloların hündürlüyü və arxalığını tənzimləmək mümkün olur. Beləliklə, kreslonu ayaqlarınız rahat yerləşəcəyi və qamətinizi düz saxlamağa kömək edəcəyi vəziyyətə gətirə bilərsiniz. Həmçinin bu cür kresloların kənarlarında dirsəklənməyə imkan verən qoltuqlar da olur.
Əgər masanın hündürlüyünü tənzimləmək mümkün deyilsə, onda klaviautarını dirsəklərin rahat olacağı hündürlükdə yerləşdirmək lazımdır. Klaviatura sizin tam qarşınızda yerləşməlidir. Siçanla (maus) klaviatura eyni səviyyədə olmalı və siçan klaviaturaya yaxın olmalıdır.
Kompüterdən uzun müddət istifadə etdikdə əl və qol əzələ və oynaqlarında ağrılar yarana bilir. Bunların qarşısını almaq üçün əvvəla siçandan istifadə edərkən onu biləyinizlə yox, bütün qolunuzla hərəkət etdirin və düymələrini yüngülcə sıxın. Yazarkən düymələrə basmaq üçün böyük güc sərf etməyin, daha yüngül toxunuşlarla yazın.
Əzələ və oynaqlarda ağrıların yaranmaması üçün bunlarla yanaşı, iş zamanı kiçik fasilələr etmək, kreslodan qalxıb hərəkət etmək də lazımdır.

Göz yorğunluğu
Kompüterdən uzun müddət istifadə etmək gözlər üçün yorucu olur. Bunun qarşısını almaq üçün də bir sıra yollar var.
Əvvəla, pəncərədən düşən işığın birbaşa üzünüzə və ya ekrana düşməməsinə diqqət edin. Monitoru göz səviyyəsində və ya bir az aşağıda nizamlayın. Ekranın təzadlılıq, parlaqlıq kimi tənzimləmələrini özünüzə uyğun nizamlayın. Ekranın üzünüzə çox yaxın olmamasını təmin edin. İş müddətində qısa fasilələr edib gözlərinizi ekrandan ayırın.
Ən əsası isə mütəmadi olaraq gözlərinizi müayinə etdirməyi unutmayın. Bu, xüsusilə, görməkdə çətinlik yaşayan və optik eynək və ya linzadan istifadə edənlər üçün çox vacibdir.
Bu cür kiçik tədbirləri həyata keçirməklə öz sağlamlığınızı qoruya və gələcəkdə səhhətinizlə bağlı yarana biləcək ciddi problemlərdən yayına bilərsiniz.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info