Səfirlik Sərgisində Azərbaycan mədəniyyətinin nümunələri sərgilənib
Tarix: 16.12.2015 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


ABŞ-da yerləşən Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində (Ronald Reagan building and International Trade Center) “Winternational” adlı 4-cü İllik Səfirlik Sərgisi keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, sözügedən mərkəzin nəzdində fəaliyyət göstərən Ticarət Mərkəzləri Assosiasiyası (Trade Center Management Associates (TCMA)) tərəfindən maliyyələşdirilən tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri, ABŞ KİV-lərinin nümayəndələri, sadə ABŞ vətəndaşları və eləcə də Azərbaycan icmasının təmsilçiləri də daxil olmaqla, təxminən 2500-3000 nəfər iştirak edib.
Vaşinqtonda akkreditə olunmuş 35-dən çox səfirliyin nümayiş etdirdiyi rəngarəng mədəniyyət nümunələri və müxtəlif milli adət-ənənələri təcəssüm etdirən əşyalar tədbirə beynəlxalq bazar atmosferi qazandırıb. Yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Azərbaycanın qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub və milli mətbəximizin nümunələri, xalçalar, milli suvenirlər, Azərbaycan haqqında buklet və kitablar nümayiş etdirilib. Qeyd edək ki, Azərbaycan stendi ən çox ziyarət edilən stendlərdən biri olub.
Tədbirdə açılış hissəsində çıxış etmiş Ticarət Mərkəzləri Assosiasiyasının prezidenti Con P. Dryu (John P. Drew) tədbirin keçirilməsinin əsas məqsədinin tədbir vasitəsilə dünya ölkələrinin mədəniyyət və adət-ənənələri ilə Vaşinqton cəmiyyətini məlumatlandırmaq olduğunu bildirib
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info