Bakıda Rumıniya səfirliyi tərəfindən icra edilən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyinin 4-cü mandatının birinci ilinin yekununa həsr olunan qəbul keçirilib.
Əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Səfir Azərbaycan-Rumıniya münasibətlərinin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Rumıniyanın NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi qismində fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, 2016-cı il ərzində Rumıniyanın diplomatik missiyası NATO-Azərbaycan əməkdaşlığını daha geniş işıqlandıran ictimai tədbirlər keçirməkdə davam edəcək. Diplomat NATO ilə Azərbaycan arasında əlaqələrin strateji əhəmiyyətə malik olduğunu söyləyib.
NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahiu Azərbaycan və Alyans arasında münasibətlərin dərinləşdiyini bildirib. O, NATO-nun gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Tural
|