AVCIYA-nın “Sərsəng harayı” layihəsi beynəlxalq arenada
Tarix: 16.12.2015 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng harayı” layihəsinin icrasına 25 may 2013-cü ildə başladı. Layihənin əsas məqsədi beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni blokada etməsinin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail olmaq idi. Layihə çərçivəsində Sərsəng su anbarının təsiri altında olan rayonlarda dəyirmi masalar, rəsm müsabiqəsi, Sərsəngə yürüş aksiyası və sair bu kimi tədbirlər keçirilmiş, beynəlxalq konfrans təşkil edilmiş, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəng SOS: Humanitar Böhran Təhdidi“ və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit“ adlı kitablar nəşr edilmişdir. Sərsəng probleminin beynəlxalq aləmə çatdırılması üçün Sərsəngin təsiri altında olan rayonların sakinlərinin minlərlə məktubları, onların həyəcanlı çağırışları beynəlxalq təşkilatlara ötürülürdü.
Sadalanan bu fəaliyyətlər AVCİYA-nın Sərsənglə bağlı yerli səviyyədə apardığı işlər idi. Hazırda Sərsəng harayı AVCİYA tərəfindən beynəlxalq arenaya çıxarılır. Belə ki, 15 dekabr 2015-ci ildə Avropa Komissiyasının “H2020” adlı qrant müsabiqəsinə təqdim edilmiş 59 layihədən yalnız birinin - “Su ehtiyatları və iqlim dəyişikliyinə kompleks yanaşma” layihəsinin maliyyələşdirilməsinə qərar verildi. Layihə 26 Avropa təşkilatı tərəfindən təsis olunan, AVCİYA-nın daxil olduğu beynəlxalq konsorsium tərəfindən Avropa Komissiyasına təqdim edilmişdir. Layihə çərçivəsində mövcud beynəlxalq metodologiyalarından, qiymətləndirmə indiqatorlarından istifadə olunması yolu ilə Azərbaycanda su ehtiyatları ilə bağlı mövcud vəziyyət, eləcə də Sərsəng su anbarının işğalda qalması və Ermənistanın bu faktdan istifadə etməklə Azərbaycanın su ehtiyatları və iqlim dəyişikliyinə təsiri nəticəsində yaranmış vəziyyət konsorsium tərəfindən tədqiq edilərək beynəlxalq ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, bir müddət öncə Sərsəng su anbarı problemi AVCİYA-nın prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən beynəlxalq arenaya çıxarılıb. Belə ki, Elxan Süleymanov tərəfindən AŞPA-ya təqdim edilmiş qətnamə təklifi əsasında, 23 noyabr 2015-ci ildə AŞPA Sosial Komitəsində məruzəçi Miliça Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adı qətnamə qəbul edildi. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsinin dayandırılması tələb edilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Venesiya yenidən su altında qala bilər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info