BANM-də ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” adlı tədbir keçirildi
Tarix: 16.12.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir “ adlı tədbir keçirildi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, BANM-də təhsil alan tələbələr gələcəkdə neftçi peşəsində öz əməlləri ilə onların ruhunu şad etməlidirlər.
Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Məktəbə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğuladı. O, bildirdi ki, Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu Fondun gördüyü işlər təqdirəlayiqdir. Elmar Qasımov “Kitabi-Dədə Qorqud” və bu kimi dəyərlərin tələbələrə aşılanmalı olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında Fondun yaranma tarixindən və fəaliyyətindən söz açaraq Fondun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu dedi. O. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirdi. İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verdi. Fondun xətti ilə keçirilən tədbirlər haqqında danışan O.Səmədov həm Bakıda, həm də regionlarda Fondun gördüyü işlər, həyata keçirdiyi layihələrdən bəhs etdi. BANM-in tələbələrini Fondun tərkibində könüllülərin qrupunda təmsil olunmağa səslədi. O, kitaba maraq və kitabın təbliği ilə bağlı keçirilən layihələrdən söz açaraq, bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini dedi və tədbirlərin əhəmiyyətini vurğuladı. Bununla yanaşı, müxtəlif istiqamətlərdə bir çox sosial layihələr, o cümlədən ölkə hüdudlarından kənarda da tədbirlər keçirildiyini bildirdi. O, Bilik Fondunun BANM-lə əməkdaşlıq etməyə hazır olduğunu dedi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov “Kitabi-Dədə Qorqud” və dövlətçilik” mövzusunda məruzə ilə çıxış etdi. O, eposdakı boylar haqqında məlumat verərək, burada təsvir olunan xalq, Vətən, hakimiyyət və hakimiyyətin rəmzləri və ordu anlayışlarının eposdakı mənalarını izah edərək dastanda dövlət, xalq, ordu və bu kimi məsələlərə yanaşma və təsvir haqqında danışdı. Muxtar İmanov “Kitabi-Dədə Qorqud”dakı dövlətçilik təşəkkülü, cəmiyyətdə mövqe tutmaq haqqında söz açdı. O, YUNESKO səviyyəsində dastanın öyrənilməsinin, ideya, əxlaqi, fəlsəfi keyfiyyətlərinin zənginliyi, bu eposun ümumbəşəri tərbiyəvi ideyasının böyük əhəmiyyət daşıdığını vurğuladı. O, eposun bədii xüsusiyyətlərinə toxunaraq Azərbaycanda yazılı ədəbiyyatın tarixindən də söz açdı. Həm ideya, həm məzmun, həm də bədii təsvir baxımından bu dastanın çox mükəmməl olduğunu dedi.
Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildirdilər və tədbir sual-cavabla yekunlaşdı.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info