Nazir düşmənlə üz-üzə olan səngərlərə gedib
Tarix: 16.12.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb.
Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub.
General-polkovnik Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Müasir avadanlıqlarla təmin edilən Ön İdarəetmə Mərkəzində olan Müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb
16.11.2019
Keçmiş müsavatçı Müsavat partiyasının “mühacir oyunu“nu faktlarla ifşa etdi
15.11.2019
“Dövlət marağı naminə ermənilərin ölkəyə gətirilməsi normaldır, amma...“
15.11.2019
Müsavatçılar “mühacir biznesi”nə görə Arif Hacılını istefaya çağırdılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info