“Azərbaycan – Vətənim, Qürur Yerim!” layihəsinə başlanılıb
Tarix: 16.12.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Kərimova Səbinə Vaqif qızının Fondun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunda həyata keçirdiyi “Azərbaycan – Vətənim, Qürur Yerim!” layihəsinə başlanılıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərdə vətənə məhəbbət hissinin və vətənpərvərliyin aşılanması,ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq, şərəfli döyüş yolu keçən Milli Qəhrəmanlarımızın gənclərimizə tanıdılmasıdır.
Layihə rəhbəri Səbinə Kərimova: ”Layihə Bakı şəhəri Xəzər rayonunda yaşayan və təhsil alan gənclər arasında keçirilir. Xəzər rayonunda yerləşən ali və orta ümumtəhsil məktəblərində tələbələr və yuxarı sinif şagirdləri arasından könüllülər qrupları formalaşdırılmışdır.
Təlimlər “Milli Qəhrəmanların şərəfli döyüş yolunun təbliği”, “Vətənpərvərliyin təbliği istiqamətində maarifcilik işinin gücləndirilməsi” , “Milli Qəhrəmanlara hörmət və ehtiramın təbliği”, “Yeniyetmə və gənclərə vətənə məhəbbət hissinin aşılanması” kimi mözvuları əhatə edəcəkdir.
İnanırıq ki, “Azərbaycan – Vətənim, Qürur Yerim!” layihəsində iştirak edən fəal gənclər gələcəkdə keçirilən layihələrə yenidən cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsinə çalışacağıq.”

Qorqud




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info