Xalça Muzeyində xeyriyyə aksiyası keçiriləcək
Tarix: 16.12.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası keçiriləcək. Akisyanın açılışı dekabrın 18-də saat 18:00-da baş tutacaq və 19, 20-i tarixlərində də davam etdiriləcək. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.
Xeyriyyə aksiyasında “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçiriləcək. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləmişdir. Qeyd edək ki, müəllif bu sənətə kiçik yaşlarından maraq göstərmişdir.
Muzeyin direktoru Tağıyeva Röya xanımın qeyd etdiyi kimi sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval- rühiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Sərgi – aksiya 19 və 20 dekabr 2015-ci il tarixlərinədək saat 10:00-dan 20:00-dək davam edəcək.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar da təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
“Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
05.12.2020
“Naxçıvanla Azərbaycan arasında dəmiryolunun bərpasından ən çox faydalanan Qars olacaq“
05.12.2020
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
05.12.2020
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05.12.2020
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info