BP Azərbaycanda icra etdiyi layihələri dayandırmayacaq
Tarix: 16.12.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bp şirkətinin Azərbaycanda reallaşdırdığı layihələrin icrasına təsir göstərməyəcək. BP Azərbaycanda icra etdiyi layihələri dayandırmaq niyyətində deyil. Həmin layihələrə həm uzunmüddətli layihələr, həm də daha qisamüddətli və sosialyönümlü layihələr də daxildir”.
Bu sözləri AZƏRTAC-a “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması ilə əlaqədar maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq neft-qaz əməliyyatları sahəsində ümumi qəbul olunmuş təcrübə nəzərə alınmaqla müvafiq tədbirləri həyata keçirməyə başlayıb. SOCAR sosialyönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması ilə bağlı tədbirlərə başlayıb. Həmçinin, 2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər də nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat edib
21.11.2019
Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21.11.2019
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info