Hesabat konserti uğurla keçib
Tarix: 16.12.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının hesabat konserti keçirilib. Hesabat konserti müəllimə Afət Vəliyevanın dirijorluq etdiyi xorun ifasında Nazim Əliverdibəyovun “Səndən mənə yar olmaz” mahnısı ilə başlayıb. Musiqi müəllimliyi və Solo oxuma ixtisaslarının tələbələrindən Bəhruz Quliyev, Nigar İbrahimova, İlkin Abdullayev, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nurbəniz Niftəliyeva, Zeynəbxanım Seyidova görkəmli Azərbaycan bəstəkarlarından F.Əmirov, T.Quliyev, S.Rüstəmov, T.Bakıxanov, C.Cahangirov və digərlərinin bəstələri olan mahnılar və ariya səsləndiriblər. Tələbələrdən Türkan Hüseynova, Gülnar Zeynalova və Nuray Qasımovanın fortepianoda, Bilal Ərdoğan, Murtuz Haqverdiyev və Yasin Alməmmədovun qədim milli musiqi alətimiz tarda ifa etdikləri klassik musiqilər, qarmonçalanlardan Sənan Ağayev və Fərid İsmayılovun ifaları, rəngarəng və gözəl musiqi nömrələri zövq oxşayıb. Konsertdə Solo oxuma ixtisası üzrə birinci kurs tələbəsi İlkin Abdullayevin ifa etdiyi Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, həmin ixtisasın II kurs tələbələri Nurbəniz Niftəliyevanın oxuduğu C.Cahangirovun “Zəriflik” mahnısı, Zeynəbxanım Seyidovanın müəllimi Əli Davudi ilə duet şəklində ifa etdiyi Kapianın “O Sole-Mio” mahnısı ifa peşəkarlığı və səs diapazonu ilə fərqlənərək alqışlarla qarşılanıb.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov, Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova, Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva və digərləri ümumilikdə hesabat konsertini qənaətbəxş qiymətləndirərək bildiriblər ki, gənc ifaçıların səhnədəki ilk kövrək addımları onların gələcək səhnə uğurları üçün əsaslı zəmin yaradacaq. Sənət müəllimləri səhnə mədəniyyəti və perfomansı, ifa tərzi, tələffüzlə bağlı dəyərli tövsiyələri də tələbələrdən əsirgəməyiblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənətin inkişafına, müğənni və aktyorluq, bəstəkarlıq, sənətşünaslıq sahəsində ali təhsilli mütəxəssis hazırlığına, sənət adamlarının fəaliyyətinə göstərilən dövlət qayğısından danışıb, hesabat konsertlərini istedadlı tələbələri üzə çıxarmaq, onlarda professional ifaçılıq məziyyətləri aşılamaq baxımından əhəmiyyətli hesab edib. Rektor, hesabat konsertinin təşkilində əməyi olan kafedra müdiri, dosent İsmayıl Mürsəlova, müəllimlərdən Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva, Əli Davudi, Zeynalabdin Babayev və digərlərinə təşəkkürünü bildirib, tələbələrə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
20.11.2019
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20.11.2019
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər
20.11.2019
Masallının icra başçısı vəzifəsindən azad edilib
19.11.2019
Bakının iqlimi dəyişir? – Akademikdən mühüm açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info