Azərbaycan multikulturalizmi fənni 11 xarici və 19 yerli universitetdə tədris edilir
Tarix: 16.12.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Bu fənnin aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin olunması və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda mərkəzin müəyyənləşdirdiyi şəxslər tərəfindən monitorinqlər aparılır

Azərbaycan multikulturalizmi fənninin xarici və yerli universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin olunması və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda mərkəzin müəyyənləşdirdiyi şəxslər tərəfindən aparılan monitorinqlər böyük əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda bu məsələlərə toxunacağıq. Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti monitorinq Portuqaliyanın Lusafona Universitetində Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova tərəfindən aparılıb. Monitorinq zamanı Ü. Abbasova Lusafona Universitetində Beynəlxalq Sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb. Görüş zamanı Teresa do Rosario Domasio gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın liseylərində də tədris edilməsini arzu etdiyini bildirib və bu fənnin universitetdə davamlılığının onlar üçün çox vacib olduğunu deyib. Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona universitetində tədris edən Maya Cəfərquliyeva proqram üzrə mühazirəsini oxuduqdan sonra Ü. Abbasova tələbələrə Azərbaycanda linqvistik fərqlilik mövzusunda mühazirə deyib. Onlar Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək istəklərini də bildiriblər. Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

La Sapienza Universitetində Azərbaycanla bağlı mühazirə
Növbəti monitorinqi İtaliyanın La Sapienza Universitetində Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanlı aparıb. İki günlük monitorinqin ilk günündə La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda mühazirəsi dinlənilib. Monitorinqin ikinci günündə isə Aytən Qəhrəmanlı La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi 15 tələbəyə Azərbaycan cəmiyyətində etnik və etno-dini müxtəliflik mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina və La Sapienza Universitetinin kafedra müdiri Daniel Pommer də iştirak ediblər. Mühazirənin sonunda tələbələr Azərbaycan dili, Azərbaycan multikulturalizm modeli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid müxtəlif suallar veriblər. Monitorinq çərçivəsində A.Qəhrəmanlı La Sapienza Universitetinin dekanı F.Biodjini və professor C.Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlıq yüksək qiymətləndirilib, gələcəkdə də bu əlaqələrin davamlı olacağına inam ifadə edilib. Bildirilib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədrisi və təbliği sahəsində İtaliyada çox səmərəli əlaqələr qurulub və hər iki ölkənin əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə çox böyük maraq var.

Yerli ali təhsil ocaqlarında da yoxlama aparılır
Azərbaycan Texniki Universitetinin Fəlsəfə və politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət və Azərbaycan Tibb universitetlərində Azərbaycan multikulturalizmi fənninin monitorinqini aparıb. O, Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub. Sonra tələbələrin sualları cavablandırılıb. Ə.Kərimov Azərbaycan Tibb Universitetinin İctimai elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın Multikulturalizmə giriş fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı” (rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini də aparıb. Azərbaycan Dövlət Dəniz Akademiyasında isə Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Cavid Əsədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Aydan Nusal monitorinq aparıblar. Bu akademiyada Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənləri tədris edilir. Monitorinq zamanı humanitar fənlər və dillər kafedrasının baş müəllimi Ağarza Fətəliyev “Dünyada multikulturalizm, multikulturalizm siyasəti, dünya ölkələrinin multikulturalim modelləri” mövzusunda mühazirə oxuyub. Sonra Humanitar elmlər və dillər kafedrasının müdiri İlqar Abdullayev tələbələrə Azərbaycanın multikulturalizm siyasəti barədə məlumat verib. Aydan Nusal Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Mərkəzin gələn ilin fevralında keçirməyi planlaşdırdığı beynəlxalq qış məktəbi barədə məlumat tələbələrdə böyük maraq oyadıb. C.Əsədov fənnin seminarları zamanı mövzuların necə müzakirə edildiyini və sorğu əsasında tələbələrin fənn üzrə bilik səviyyələrini yoxlayıb. Azərbaycan Texniki Universitetində monitorinqi Multikulturalizm Mərkəzinin əməkdaşları Rəşad İlyasov və Aytən Məmmədova aparıb. Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini tədris edən Əlipaşa Əliyev “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda mühazirə oxuyub. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olaraq həyata keçirildiyindən və bunun da əsasının ictimai sifariş olduğundan bəhs edib. Dərs interaktiv şəkildə, sual-cavablarla daha da canlı keçib. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı R.İlyasov tələbələrə Multikulturalizm Mərkəzinin yaranma tarixi, onun fəaliyyəti, planları barədə məlumat verib və monitorinq sorğusunu keçirib.

Lrayburq Universiteti tələbələrinin Azərbaycan multikulturalizmi fənninə və ölkəmizə böyük maraqları var
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov isə İsveçrənin Frayburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb. Monitorinq zamanı professor Azad Məmmədov Frayburq Universitetinin 20 tələbəsinə “Azərbaycanda linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi” mövzusunda mühazirə oxuyub. Mühazirə zamanı Azərbaycan çoxdilliliyinin tarixi, siyasi aspektləri, fərdi və cəmiyyətdəki çoxdilliliyin ölkəmizdəki multikultural və tolerantlıq şəraitinə təsiri haqqında söhbət açılıb. Mühazirənin ikinci hissəsi interaktiv diskussiya şəklində keçib, tələbələrin sualları cavablandırılıb. Etnik qrupların dillərinin işlənilməsi və dillərinin inkişafı kimi məsələlər işıqlandırılıb. Tədris materialı kimi bir neçə mənbədən o, cümlədən hələ 2009-cu ildə nəşr olunan “Dinin sosiologiyası” beynəlxalq jurnalın Azərbaycandakı din situasiyasına həsr olunmuş xüsusi nömrəsi təqdim olunub. İcraçı katib tələbələrin açıq şəkildə fənnə və ölkəmizə böyük marağı olduğunu bildirib və onların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək arzuları olduğunu bildirib. Sonra professor Azad Məmmədov Frayburq Universitetinin professoru Ansqar Qodike ilə görüşüb. Ansqar Qodike bu fənnin təkcə Frayburq yox, digər universitet tələbələri tərəfindəndə seçilib böyük maraqla dinlənildiyini vurğulayıb. Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan multikulturalizmi fənni İsveçrənin Frayburq Universitetində 20 tələbəyə bu ilin payız semestrindən başlayaraq Kamal Qasımov tərəfindən tədris edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info