Yüksək məvacib axtarışı ilə Norveçə köçən İsveç vətəndaşları vətənə qayıdırlar
Tarix: 17.12.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Xidmət sahəsinin təklif etdiyi yüksək məvacib axtarışında Norveçə köçən İsveç vətəndaşları vətənə qayıdırlar. Norveç Statistika İdarəsinin məlumatına görə, isveçlilərin qayıtmasına enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinin ardınca bu ölkədə neft bumunun başa çatması səbəb olub.
Məsələn, 2015-ci il aprel ayından sentyabr ayınadək Norveçi 2 mindən çox İsveç vətəndaşı tərk edib. Krallığa gələn isveçlilərin sayı isə 1800 nəfər təşkil edib. Oslo Universitetinin apardığı digər tədqiqatların nəticələrinə görə, 2013-cü ildə Norveçdə 17-25 yaşlı hər beş işçidən biri isveçli olub. İsveç vətəndaşlarının işə düzəlmək ümidi ilə Norveçə köçmək meyli 2011-2014-cü illərdə maksimum həddə çatıb. Dil oxşarlığı və daha yüksək məvacib ilə əlaqədar İsveçdən Norveçə ali təhsilli adamlar köçüblər. Bu səbəbdən isveçlilər sayına görə Polşa vətəndaşlardan sonra Norveçdə ikinci yeri tuturlar. 2014-cü ilin sonunda onların sayı təqribən 36,9 min nəfər təşkil edib. Mütəxəssislər hazırda isveçlilərin vətənə qayıtmasının səbəbini son ildə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Norveçin əmək bazarında tələbatın xeyli azalması ilə əlaqələndirirlər. Norveç kronunun məzənnəsinin kəskin aşağı düşməsi səbəbindən Norveçdə maaşlar İsveçdəkindən aşağı olub. İsveçdə isə iş yerlərinin sayı artıb, iqtisadiyyatda artım müşahidə olunur.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Fransanın 8 senatoru verdikləri səsi geri götürdü
26.11.2020
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
25.11.2020
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
25.11.2020
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info