Yaponiya Baş nazirindən orduya çağırış: “Hazır olun”
Tarix: 17.12.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri özünümüdafiə qüvvələrinin rəhbər heyətinin iclasında müdafiə sahəsində beynəlxalq əməkdaşlığa və yeni vəzifələrin həyata keçirilməsinə hazırlıq barədə göstəriş verib.
Yaponiyada sentyabrda qəbul edilmiş kollektiv özünümüdafiə haqda qanunları xatırladan Şinzo Abe deyib: “Mən yeni vəzifələr nəzərə alınmaqla sizin müxtəlif şəraitdə təhlükəsizliyi təmin etmək üçün hazır olmağınızı istəyirəm”. Özünümüdafiə qüvvələrinin ölkədən kənarda yerinə yetirəcəyi yeni vəzifələr barədə Baş nazirin fikirlərindən sitat gətirən “Kyodo” agentliyi yazır: “İstəyirəm ki, müdafiə sahəsində beynəlxalq strateji əməkdaşlığı irəli aparasınız”. İclasda müdafiə naziri Qen Nakatani, birləşmiş qərargahın rəhbər heyəti, həmçinin dəniz, hava və quru qoşunlarının qərargah rəisləri iştirak ediblər. Sentyabrda qəbul olunmuş qanunlar paketi Yaponiyaya kollektiv özünümüdafiə hüququ verir ki, bu da ölkə hüdudlarından kənarda hərbi əməliyyatların aparılmasına şərait yaradır. Bunadək Yaponiya konstitusiyaya müvafiq olmadığına görə bu hüquqdan imtina edirdi. Yeni qanunlar ölkənin özünümüdafiə qoşunlarına Yaponiyanın yaxın müttəfiqinə və əhalinin təhlükəsizliyinə təhdidlər yarandığı halda, silah tətbiq etmək hüququ da verir. Sənədlər, həmçinin özünümüdafiə qüvvələrindən xaricdə ölkə vətəndaşlarının taleyinə təhlükə yarandığı halda və yapon girovların azad edilməsi məqsədilə istifadəyə də icazə verir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
14.11.2019
Ərdoğandan ABŞ senatorlarına cavab: “Kürdlər başqa, terrorçular başqadır”
14.11.2019
Tramp Ərdoğanla uzun müddətdir yaxşı dostluq etdiyini deyib
13.11.2019
DEAŞ-a ağır zәrbәlәr endirilib, 14 terrorçu öldürülüb
13.11.2019
Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info