“Neftin qiyməti 100 dollara yüksələcək”
Tarix: 17.12.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Avro 1,23 dollara yüksələcək, gümüşün qiyməti 33 faiz bahalaşacaq

Dünyanın nüfuzlu şirkətlərindən sayılan “Saxo Bank” neftin qiyməti ilə bağlı maraqlı proqnoz açıqlayıb. Proqnozlara görə, gələn il ərzində neftin qiyməti 100 dollara yüksələcək. Bu gün dünya bazarlarında 36-37 dollara satılan və enmə ehtimalı yüksək olan neftin qiyməti ilə bağlı belə optimist proqnoz şok effekti yaradıb. Şirkət Rusiya rublunun dəyərinin 20 faiz artacağını, avronun 1,23 dollara yüksələcəyini proqnozlaşdırıb.
Bank ekspertləri hesab edir ki, neftin qiymətinin bu qədər aşağı düşməsi OPEK-i nəhayət ki, gözlənilən addımı atmağa və gündəlik istehsalı azaltmağa vadar edəcək. “Saxo Bank” qeyd edir ki, münasib vaxt yetişən kimi OPEK bazarı artıq neftdən təmizləyəcək ki, bu da neftin qiymətinin psixoloji əhəmiyyət daşıyan həddə-100 dollara çatdıracaq. Qeyd edilir ki, bu gün Avropada böyük profisit yaranıb. Aşağı inflyasiya və makroiqtisadi vəziyyət avronun möhkəmlənməsinə və gələn il ərzində 1,23 dollara yüksəlməsinə səbəbə olacaq. Bank hesab edir ki, avro artıq “dibi” görüb və yenidən bu qədər uzuclaşmayacaq, əksinə, gələn il dolların ucuzlaşması fonunda daha da qiymətlənəcək. Ekspertlərin gəldiyi qənaət belədir ki, gələn il gümüş bahalaşacaq və yenidən investorlar üçün cəlbedici olacaq. BMT səviyyəsində iqlimlə bağlı qəbul edilən son qərardan sonra atmosferə atılan çirkli maddələrin azalması gözlənilir. Bu isə gümüşə olan tələbatı artıra bilər. Proqnozlara görə gələn il gümüşün qiyməti 33 faiz bahalaşacaq.

“Bloomberg”:
“ABŞ neft ixracı üzərində tətbiq olunan 40 illik embarqonu ləğv edir”


“Saxo Bank”ın proqnozlarının nə qədər real olduğunu zaman göstərəcək. Amma ABŞ-ın neft ixracı üzərində tətbiq olunan 40 illik embarqonu ləğv etmək qərarı bazarı yenidən təlatümə salacaq. Artıq qanun layihəsi hazırdır və yaxın bir neçə gün ərzində qəbul edilə bilər. Respublikaçılar hesab edir ki, ABŞ-ın neft ixracı üzərində embarqonu ləğv etməsi Vaşinqtonun dünya enerji bazarında əhəmiyyətli yer tutmasına səbəbə olacaq. Nümayəndələr Palatasının sədri Pol Rayan “Bloomberg”ə bildirib ki, Konqresdə artıq büdcə planı ilə bağlı razılıq əldə edilib. Texas ştatından olan respublikaçı-konqresmen Co Barton bildirib ki, ABŞ-ın ən yaxşı texnologiyası və yaxşı nefti var: “Biz zamanla Rusiyanı, İranı, Səudiyyə Ərəbistanını bazardan çıxara bilərik. ABŞ dünya enerji siyasətinin həlledici dövləti ola bilər. Bu, böyük qələbədir”. Respublikaçılar bir neçə dəfə neft ixracına tətbiq edilən embarqonun ləğv edilməsinin tələb edib. Amma onların bu istəyi Senat və Ağ Ev tərəfindən dəstək qazanmayıb. Əgər, onların bu təklifi Konqres, Senat və Obama tərəfindən dəstək qazansa, onda respublikaçılar demokratlara güzəştə gedərək “yaşıl energetika” ilə bağlı layihəni dəstəkləyəcəklər. Neft ixracı ilə bağlı qadağa 1975-ci ildən qüvvədədir. Ötən il Ağ Ev şirkətlərə məhdud həcmdə şist neft satmağa izn verib. Daha sonra Meksika ilə neft mübadiləsinə razılıq verilib. ABŞ hər gün Kanadaya bir neçə milyon barel neft ixrac edir. Qeyd edək ki, “Bloomberg” agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə baş verə biləcək hadisələrin siyahısını dərc edib. Ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır. Bu cür ssenarinin “İŞİD”-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin gərginləşəcəyi təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq. Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb
26.11.2020
“Vətən Müharibəsi Qəhrəmanı“ adı təsis edildi - Əsasnamə təsdiqləndi
26.11.2020
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
26.11.2020
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
26.11.2020
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info