40 şəhər və rayonda 150 subartezian quyusunun qazılmasına vəsait ayrıldı
Tarix: 17.12.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Prezident əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edlir ki, son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir. Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13.12.2019
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13.12.2019
Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info