Yeni evlər müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib
Tarix: 25.12.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan rayonunda inşa etdirilmiş 17 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
Evlərin təqdim olunması zamanı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs olunaraq vurğulanıb ki, bu siyasətin mərkəzində məhz insan amili, ölkə vətəndaşlarının firavanlığının təminatı dayanır. Respublikada bütün sahələrdə özünü göstərən inkişaf dinamikası ildən-ilə güclənən sosial siyasətlə, sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısının getdikcə artması ilə müşahidə edilir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasına şərait yaradıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində 375 fərdi yaşayış evinin tikintisi işləri aparılıb. Cari ildə inşası başa çatmış fərdi evlərdən 82-si, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil onlara təqdim olunub. Həmçinin Tərtər rayonunda 54 mənzilli yaşayış binası bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Ümumilikdə, cari ildə nazirlik tərəfindən artıq 192 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Bakıda və ölkənin bölgələrində həmin insanlar üçün çoxmənzilli və fərdi yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.
Bu günlərdə imzalanan 21 dekabr 2015-ci il tarixli Sərəncamla müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan daha 10 milyon manat vəsait ayrılması qeyd olunan şəxslərə xüsusi diqqət və qayğının növbəti bariz ifadəsidir.
Əlil ictimai birliklərinin nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların mənzillə təminatı sahəsində aparılan məqsədyönlü işlərdən razılıqla söz açıblar. Yeni mənzillərin təqdim edildiyi müharibə əlilləri və şəhid ailələri bütün sahələrdə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müasir tələblərə cavab verən belə mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info