Yolunuzu düz seçin
Tarix: 11.01.2016 | Saat: 14:37:00 | E-mail | Çapa göndər
Tural Tağıyev |

Bəzi sürücülərin qanun pozuntusu, məsuliyyətsizliyindən şikayət edib, zaman-zaman bununla bağlı mətbuatda müxtəlif maarifləndirici yazılar yazmışıq. Amma son zamanların aktual probleminə çevrilən sürücü məsuliyyətsizliyi deyil, piyadaların bəzi hallarda bilərəkdən qanunlara məhəl qoymaması, nəinki öz həyatlarını, hətta sürücülərin də həyatlarını təhlükəyə atmalarıdır. Məlumdur ki, bir neçə ildir yolu təyin olunmuş yerlərdən və işıqforun yaşıl işığında keçməyən piyadalara qarşı cərimələr tətbiq olunur. Şəhərin müxtəlif istiqamətlərində polislər məhz yolu düzgün keçməyən piyadalar üçün öz xidmətlərini aparır, vəziyyətə nəzarət edirlər. Amma nə fayda? Çox təəssüf ki, hələ də işıqforu qırmızıda qaçaraq keçənlər, piyada keçidlərini qoyub, yolun müxtəlif istiqamətlərində sürücülər üçün maneə yaradaraq qarşı tərəfə qaçanlar hələ də var. Hələ 2010-cu ildə Rusiyanın ucqar Amur vilayətində olarkən insanların cərimələrdən çəkinərək deyil, məhz həyatlarını təhlükəyə atmamaları səbəbindən necə piyada keçidlərindən istifadə etdiklərinin şahidi olmuşdum. Baxmayaraq ki, orada insanların gur olduğu hər işıqfor və ya piyada keçidinin yanında polis görməzdin. Bizdə isə hələ ki, vəziyyət başqadır. Bəzi vətəndaşlar bu qədər maarifləndirmə, cərimələrə baxmayaraq piyada keçidlərindən az istifadə edirlər. Yaxınlaşıb birindən bunun səbəbini soruşsanız standart cavab eşidəcəksiniz- “Tələsirdim, piyada keçidindən keçmək üçün yüz metr piyada getməliyəm və s.”
Bu yaxınlarda metronun "28 May" stansiyasının yanında yerləşən "28 Mall" ticarət mərkəzinin qarşısındakı piyada keçidinin yanına işıqfor qoyulmasından sevinmişdik ki, bəlkə piyadalarla sürücülər arasında tez-tez orada yaranmış mübahisələrə rast gəlmərik. Amma yenə də, əsasən gənclərin o istiqamətdə qaydalara riayət etməməsinin şahidi oluruq, işıqforu gözləməyə ərinən bir çox gənclər metroya tələsirmiş kimi, qaça-qaça piyada keçidindən 30-40 metr aralıdan yolu keçirlər. Bəzi şəhər sakinləri və ya gəlmələrin işıqfora məhəl qoymadan yolu keçməyə cəhd etmələri isə sözügedən məkanda onlara baha başa gəlir. Bu zaman onları yolun qarşı tərəfində bir neçə polis əməkdaşı qarşılayır və 20 manat cərimə edir. Elə bu da, çox vaxt sakinlərlə polis arasında mübahisələrə səbəb olur. Əvvəllər bu keçiddə sürücülərlə mübahisələrdə olan piyadalar indi də, haqsız olaraq polislərlə mübahisələrə gedirlər. Onlar piyada keçidindən istifadə etməmələrini müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar.
Qeyd edəkm ki, mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimənin artırılması nəzərdə tutulur.
Bu isə o deməkdir ki, hazırda qüvvədə olan məcəllə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tuturdusa, yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edib.
Qanunverici orqanın piyadalar üçün cəriməni artırması, yəqin ki, onların intizamını yüksəltməyə hesablanıb. Hər halda, piyadalar üçün cərimənin artırılması bu hərəkət iştirakçılarının daha intizamlı olmasına az da olsa kömək edəcəyini deyə bilərik. Hər kəs yolunu düz keçsə və seçsə nə cərimə ödəməli, nə də özünün və başqalarının həyatlarını təhlükəyə atmalı olmaz.





 
Müəllifin son yazıları

10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
23.11.2016 Qabanellinin “erməni sevdası”
20.09.2016 “Tapşırıq Qərbdən gəlib”
06.03.2015 Saxta profillərlə insanları təhqir edənlər cəzalandırılmalıdırlar

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info