Əlillik müayinəsi üçün e-xidmətdən istifadə sadələşdirilib
Tarix: 14.01.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsinə dair artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada e-məlumat əldə edə bilmələrinə şərait yaradılıb. Ötən ay “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti istifadəçiyə həmin Komissiyalar tərəfindən aparılmış müayinənin nəticəsi barədə məlumat verməyə xidmət edir. Burada aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək də mümkündür.
Lakin bu e-xidmətdən faydalanmaq üçün istifadəçinin ilk növbədə müvafiq autenfikasiya vasitəsinə malik olması tələb olunur. Hazırda bir çox şəxslərin belə autenfikasiya vasitəsinə malik olmadıqları nəzərə alınaraq, vətəndaşların portalda qeydiyyatdan keçmədən də, sadələşdirilmiş qaydada qeyd olunan məlumatı əldə edə bilmələrinə texniki imkan yaradılıb. Bunun üçün artıq istifadəçinin portalda autenfikasiyadan keçməsinə ehtiyac yoxdur.
Belə ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçir. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə kifayətlənir. Bundan sonra isə keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat əldə edə bilər.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
09.08.2020
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
08.08.2020
Kafe və restoranlar bu tarixdən açılır
08.08.2020
Cərimələr sərtləşdirilə bilər – Nazir müavini
08.08.2020
“Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”
08.08.2020
Sumqayıt əhalisinin sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
3 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
4 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
5 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info