Qan xəstəliklərindən əziyyət çəkənlər üçün yeni mərkəzlər fəaliyyətə başlayacaq
Tarix: 19.02.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Bu ilin iyun-iyul aylarında qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlar üçün Şirvan və Gəncədə regional laborator diaqnostik mərkəzlərin fəaliyyətə başlayacağı gözlənilir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova Trend-ə bildirib ki, bu mərkəzlər assosiasiyanın İsveçrənin Novo-Nordisk Hemofiliya Fondu ilə birgə icra etdiyi "Azərbaycan regionlarında vətəndaşlara xidmətin təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılacaq.

Hüseynova deyib ki, Gəncədəki mərkəzdən ətrafdakı 13, Şirvandakı mərkəzdən isə 9 rayonun xəstələri istifadə edə biləcəklər. Layihənin gedişatı ilə maraqlanmaq məqsədilə İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun eksperti Denize İnayxen fevralın 18-dən Azərbaycanda səfərdədir. Fevralın 20-si axşam yekunlaşacaq səfər zamanı bir sıra rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulur. Səfər çərçivəsində artıq ekspert Şirvanda mərkəzin yaradılacağı ərazi ilə tanış olub və layihənin gedişatından razılığını bildirib.
Hüseynova deyib ki, bu səfər zamanı may ayında Türkiyədən Azərbaycana bir qrup tanınmış hematoloq-həkimlərin gəlməsi və onların ölkəmizdəki həkimlər üçün təkmilləşdirmə kursları keçirməsi qərara alınıb.
Bu ilin əvvəlindən həyata keçirilən layihə 1 il 6 ay davam edəcək. Bu müddətdə Gəncə və Şirvanda regional laborator diaqnostik mərkəzləri yaradılacaq, hematoloq-həkimlər təkmilləşdiriləcək, xəstələr maarifləndiriləcək. Layihənin ümumi dəyəri 90 min avrodur.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info