Ölkəmiz mülkiyyət hüquqları üzrə beynəlxalq reytinqə düşüb
Tarix: 22.01.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə,  129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib.
Xatırladaq ki, Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.
Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər komitə tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir. Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, “bir pəncərə” prinsipinin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info