“Nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”
Tarix: 26.01.2016 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Ölkə ərazisində mövcud qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azəryolservis” ASC gücləndirilmiş iş rejiminə keçib. Respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub.
"Azəryolservis" ASC-nin mətbuat katibliyindən bildirilib ki, gecə boyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər dayanmadan aparılıb. Aparılmış işlər nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib.
Hazırda da Bakı şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı var.
Respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində hər hansı bir ciddi problem yaşanmır. Respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.
Qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq işlər aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info