Regionlarda yeni müəssisələr yaradılacaq
Tarix: 26.01.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


“Əgər 10-12 il bundan əvvəlki vəziyyətlə regionlarımızda olan indiki vəziyyəti müqayisə etsək, böyük inkişaf görərik. Bu gün regionların siması büsbütün dəyişib. Hazırda regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması bizim üçün prioritet istiqamətlərdəndir”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat sahəsi üzrə keçirilən paneldə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsinin ölkə iqtisadiyyatına təsiri barədə məlumat verərək, bu mənfi təsirlərin aradan qaldırılması üçün Prezident tərəfindən lazımi tapşırıqların verildiyini bildirib. Son illər regionlarda sosial-iqtisadi sahədə görülən işlərdən də danışan Ş.Mustafayev deyib: “Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezidentin bu sahəyə nə qədər önəm verdiyini göstərir. Hazırda qarşımızda duran əsas məqsəd idxaldan asılılığın azaldılmasından ibarətdir. Bunun üçün isə ölkədə sahibkarlıq inkişaf etdirilməlidir. Bu istiqamətdə bir çox tədbirlər görülüb. Güzəştlərin tətbiq olunması, yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və digər tədbirlər, ümumilikdə, bu sahənin inkişafına təkan verəcək”. Şahin Mustafayev deyib ki, Prezident rayonlarda sənaye məhəllələrinin yaradılması ilə bağlı qarşımızda çox ciddi vəzifə qoyub: “Artıq Neftçalada bu işə başlanılıb və xeyli iş görülüb. Hər bir icra strukturu, sahibkar bu işə daha çox önəm verməlidir. Rayonlarda infrastrukturlara yaxın müvafiq yerlər seçilməli və orada sənaye məhəllələri yaradılmalıdır. İşığı, qazı, suyu və digər kommunal infrastrukturu olan yerin seçilməsi sahibkarın xərcini, həmçinin oraya yatırılacaq investisiya xərcini 30-40 faiz azalda bilər. Sahibkarları bu xərcdən azad etsək, onlar həmin vəsaitləri avadanlıqların alınmasına və digər işlərə yönəldə bilərlər. Sənaye məhəlləsinə ümumi yol çəkilə bilər ki, həmin yoldan da hər bir sahibkar istifadə edər. Sahibkarlar bir yerdə cəmləşərsə, orada bank, vergi, notarial və digər xidmətləri də təşkil etmək olar ki, onların işi daha da asanlaşsın. Sonra isə biznes inkubatorların yaradılması məsələsinə də baxıla bilər”. Şahin Mustafayev deyib ki, iri taxılçılıq təsərrüfatlarının ərazisinin, ümumilikdə, 150 min hektara çatdırılması nəzərdə tutulur. Hazırda bu, 29 təsərrüfat üzrə 40 min hektar sahəni əhatə edir: “Kənddə yaşayan insan öz torpaq sahəsində ötənilki məhsuldan götürdüyü taxıldan toxum kimi istifadə edir. Yüksək reproduksiyalı toxum almaqda maraqlı deyil. Ona görə də iri təsərrüfatların yaradılması, onların yüksəkreproduksiyalı toxumlarla təmin edilməsi daha sərfəlidir. Belə təsərrüfatlarda sahələrə daha ciddi nəzarət edilir və yüksək məhsuldarlıq əldə olunur”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info