Naxçıvan Aşıqlar Birliyinin konfransı keçirilib
Tarix: 27.01.2016 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra muxtar respublikada Aşıqlar Birliyi yaradılıb. Həmin tarixdən etibarən aşıq sənətində yeni inkişaf mərhələsi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konfransında səsləndirilib.
Tədbiri açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, konfransda Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin hesabatının dinlənilməsi, təşkilatın yeni İdarə Heyəti üzvlərinin və qurumun sədrinin seçilməsi, Nəzarət-Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi və komissiya üzvlərinin seçilməsi məsələləri müzakirəyə çıxarılacaq.
Konfransın gündəliyi yekdilliklə qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov birliyin 5 illik fəaliyyəti barədə danışaraq qeyd edib ki, muxtar respublikada aşıq sənətinin inkişafına göstərilən qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirib. Aşıqlar yaradılan şəraitdən istifadə etməklə, bu sənətin tarixi sənətkarlıq xüsusiyyətlərini dərindən öyrənərək yaradıcılıqlarını davam etdirirlər.
Bildirilib ki, aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində 2009-cu ilin dekabrında yaranan muxtar respublikanın Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirib. 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində birliyin təşkilatçılığı ilə ilk konsert keçirilib.
Daha sonra Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib.
Aşıqlar Birliyinin üzvü Zeynəb Yusifova çıxış edərək deyib ki, bu gün mədəniyyət sahəsinə, o cümlədən aşıq sənətinə göstərilən dövlət qayğısı birliyin fəaliyyətində ciddi dönüş yaradılmasını və qarşıda duran vəzifələrin günün tələbləri səviyyəsində həyata keçirilməsini zəruri edir. Z.Yusifova birliyin qarşısına qoyulan vəzifələri lazımi səviyyədə icra edə biləcəyini, bu sahədə istedad və təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu əsaslandıraraq, Aşıqlar Birliyinin sədri vəzifəsinə Tural Bağırovun namizədliyini irəli sürüb.
Birliyin digər üzvü Fətəli Axundzadə də T.Bağırov barədə səsləndirilən fikirlərə qoşulduğunu qeyd edib.
Təklif səsə qoyulub və yekdilliklə dəstəklənib.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin yeni sədri Tural Bağırov ona göstərilən etimada görə birliyin üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib. Vurğulanıb ki, birliyin qarşısında duran vəzifələrin həyata keçirilməsi, üzvlərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün lazımi tədbirləri həyata keçirməyə, muxtar respublikada aşıq sənətinin və istedadlı aşıqlarımızın tanıdılması, aşıq musiqisinin təbliği ilə bağlı fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışacaq.
Birliyin Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunub və yekdilliklə qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov qeyd edib ki, birlik muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirməli, mədəni irsin qorunub saxlanmasında yaxından iştirak etməlidirlər. İllik iş planı hazırlanmalı və icrasına nail olunmalıdır. Birliyin üzvlərinin tərkibinə yenidən baxılmalı, gənc aşıqların üzvlüyə qəbulu diqqətdə saxlanılmalıdır.
Rəhman Məmmədov diqqətə çatdırıb ki, muxtar respublikanın Aşıqlar Birliyi gənc istedadları aşkara çıxarmaq üçün müxtəlif səpkili müsabiqələr, tədbirlər keçirməli, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına çalışmalı, musiqi təhsili müəssisələrində ustad dərsləri təşkil etməlidir. Bununla yanaşı, muxtar respublikanın Yazıçılar Birliyi və Bəstəkarlar Təşkilatı ilə birgə layihələr hazırlanmalı və həyata keçirilməlidir. Naxçıvan şəhəri ilə yanaşı rayonlarda, eləcə də kənd mərkəzlərində yaradıcılıq görüşləri, saz-söz məclisləri təşkil etməlidir. Aşıqlar Birliyi Naxçıvan Dövlət Televiziyası ilə də əlaqələri gücləndirməli, üzvlərin iştirakı ilə aşıq yaradıcılığı ilə bağlı verilişlər təşkil olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info