“NAZ-Lifan”ın yeni modellərinin istehsalına başlanılıb
Tarix: 28.01.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Naxçıvan Avtomobil Zavodu texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobili istehsal edir. Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
İstehsal olunan avtomobillər nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, indi bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Bir konteynerə orta hesabla 6 avtomobil banı yerləşir. Ancaq sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşdirmək mümkündür ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir.
Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, eləcə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilirlər. Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə “NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan “320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən “620” (sedan) modellərindən ibarət olub. 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə bu modelin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı “LF-6401” (6 nəfərlik mikroavtobus), “LF-5028” (800 kiloqram yükgötürən furqonlu avtomobil) və “LF-1022” modelləri (800 kiloqram yükgötürən bortlu avtomobil) satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.
Eyni zamanda, 2013-cü ilin oktyabrında “NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır. Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu, həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə getmədən yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info