“Ermənistanda çörəyin qiyməti bahalaşıb”
Tarix: 29.01.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Ermənistanda ötən ilin dekabr ayı ilə müqayisədə çörəyin qiyməti bir kiloqram üçün 15 dram və yaxud 3 faiz bahalaşıb. “News.am” xəbər verir ki, ölkənin on əyalət şəhərində aparılan monitorinqin nəticələrinə görə, bu artım Artaşatda 7.4, İcevanda 6.7, Qafanda 4.9, Vaqarşapatda isə 1.9 faiz olub. Qəribə də olsa, ölkənin digər altı şəhərində aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində azalma qeydə alıb.
Amma araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəhərlərdə çörəyin qiymətində “ucuzlaşma” daha çox onun çəkisinin azaldılması ilə əlaqəlidir. Buna baxmayaraq, ölkədəki alıcılar daha çox “ucuzlaşdırılmış” çörək almağa üstünlük verirlər. O da qeyd edilməlidir ki, “ucuzlaşdırılmış” çörəyə münasibət ölkədə əhali arasında birmənalı deyil. Rəsmi məlumatlara görə, bu ölkə əhalisinin 70 faizindən çoxunun zəruri tələbatını ancaq çörək və kartof təşkil edir. Lakin region üçün pis göstərici Şirak regionunda qeydə alınıb. Belə ki, bu regionda əhalinin ancaq 22,7 faizi bu məhsulların birindən məhrumdur. Bütün bunlarla yanaşı, son zamanlar ölkədə taxıl istehsalı da xeyli azalıb. Görünür, bu imkandan yararlanan erməni izbazları və onlarla əlbir olan çörək zavodlarının sahiblərinin qiymətləri qaldırmaq imkanları hələ ki, tükənməyib. Yaxın zamanlarda çörək və digər zəruri ərzaq məhsullarının qiymətlərinin bahalaşmasının bütün ölkəyə yayılacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info