Passiv fəaliyyətlər immun sistemi zəiflədir
Tarix: 04.02.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, "möhkəm immunitet" sağlamlığın əsasıdır. Mütəxəssislərin fikrincə zərərli mikroorqanizmlərə qarşı immuniteti qorumaq üçün ilk növbədə passiv fəaliyyətlərə diqqət yetirmək lazımdır.
Kompüter başında saatlarla vaxt keçirmək, televiziya izləmək kimi fəaliyyətlər insanı gücdən salır və immunitet sisteminə mənfi təsir göstərir, bundan əlavə səhv qidalanma, yuxusuzluq, həddindən artıq yorğunluq, stress, hava çirkliliyi, zərərli vərdişlər də zamanla immunitetin zəifləməsinə təsir göstərir. Bunun üçün passiv fəaliyyətlərdən, spirt, siqaret kimi pis vərdişlərdən uzaq dayanmaq, düzgün həyat tərzi və yuxu nizamına fikir vermək lazımdır. İstirahət və yuxu həm fiziki həm də ruhi gümrahlıq verir, immuniteti artırır.
Həmçinin qidalanma tərzini dəyişdirməkdə böyük fayda var. Yulaf, tam buğda, çovdar çörəkləri, kəpəkli düyü, kəpəkli makaron, yarma kimi kompleks karbohidratlar balanslı istifadə edilə bilər.
İmmunitet sistemində hüceyrələrin fəaliyyəti və funksiyası üçün A, C, E, B 12 vitaminləri, fol turşusu, dəmir, sink və selenium əhəmiyyətlidir. Omega-3 ilə zəngin olan balığın həftədə iki dəfə istifadəsi yaxşıdır. Həmçinin bol miqdarda meyvə və tərəvəz istifadə edilə bilər. Meyvə və tərəvəzlərdə antioksidant olduğundan çox faydalı olduğu bildirilir. Bunların yanında cökə, zəncəfil kimi bitkilər və ya çaylar gündəlik qidalanmada yer ala bilər. Həkimin uyğun gördüyü təqdirdə böyüklər üçün beta-qlükan, sink, ekinezya (kirpiotu), omeqa-3, kiçiklər üçün ananın ilk südü olan kolostrumun dəstək halına gətirilmiş formaları və müxtəlif qida əlavələri istifadə edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Öpüşürərək görüşməyi tərgidin!
22.01.2020
Arının ölüsü də insan üçün xeyirlidir
21.01.2020
Bioloji Təbabət muzeyinin açılışı olub
21.01.2020
Soyuqdəymə zamanı qızdırma 3-4 gündən çox düşmürsə...
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
2 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
3 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
4 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
5 “Sovetski“də söküntü işləri dayandırılıdı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info